Gəncədə icra əməkdaşları döyüldü
Gəncədə iki nəfər döyülüb. Mediaxeberleri.Az Unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü İ.Muradov və 1990-ci il təvəllüdlü F.Gəncəzadə döyülmə ilə xəstəxanaya aparılıb. Hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə döyülənlər - İ.Muradov və F.Gəncəzadə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır. Fakt araşdırılır.
Oxunub: 123
Xəbəri paylaş
Paylaş: