Sabirabadda gənc oğlan kanala düşən heyvanı çıxarmaq istədi, canından oldu - TƏFƏRRÜAT
Sabirabadın Qaragüney kəndində 20 yaşlı oğlanın kanalda batmasının təfərrüatı məlum olub. Məlumata görə, kənd sakini Səfərağa Musayev mal-qara otaran zaman heyvanın arxasınca kanala girib və suda boğulub. "Ot yığmağa getmişdi. Qayıdarkən heyvan kanala düşüb. Onu çıxarmağa çalışanda özü batıb. Üzməyi bacarmırdı, tək idi", - deyə suda batan şəxsin əmisi deyib. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunubLAR. Hazırda 20 yaşlı gəncin axtarışları davam edir. Ətraflı Baku TV-nin süjetində:
Oxunub: 122
Xəbəri paylaş
Paylaş: