Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
  • AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
  • Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
  • Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
  • Sabah bu rayonda qaz olmayacaq
  • 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
  • Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
  • Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
  • Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
  • İlham Əliyev Vladimir Putinə zəng etdi
  • Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”i darmadağın etdi - VİDEO
  • Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
  • Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
  • İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
  • AVRO-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq
  • Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
  • Kimya üzrə Nobel mükafatı onlara verildi
  • "Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək"
  • Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu
  • “Dərslik nəşri elmə deyil, ticarətə xidmət edir” - Fazil Mustafadan sərt İTTİHAM
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Samson və Qəzza məbədi əfsanəsinin İsrail-Fələstin münaqişəsində simvolik rolu

  • Tarix: 26-07-2025, 09:43

İsrail-Fələstin münaqişəsi sadəcə siyasi və coğrafi deyil, eyni zamanda dini, mifoloji və mənəvi kodlarla yüklü bir ziddiyyətdir. Bu ziddiyyətin ideoloji aspektində tez-tez istinad edilən mifoloji mətnlərdən biri “Hakimlər” kitabının 16-cı fəslində qeyd edilən Samson və Qəzzadakı Daqon məbədi hekayəsidir. Hekayənin Bibliyadakı versiyası ilk baxışda dini və mifoloji xarakter daşısa da, müasir siyasi narrativlərdə, media təbliğatında və mədəni simvolikada dolayı şəkildə yer almaqdadır.

Bu yazıda Samson-Qəzza məbədi əfsanəsinin ideoloji yozumları, müasir siyasətə simvolik təsirləri və onun münasibətlər kontekstində istifadə formaları araşdırılacaq.

Əfsanənin məzmunu və tarixi kontekst

Samson (ivritcə Şimşon) Bibliyada, konkret olaraq “Hakimlər” kitabının 13-16-cı fəsillərində xatırlanır. O, Tanrı tərəfindən xalqını fələstinlilərə qarşı qorumaq üçün göndərilmiş nazir (nəzr olunmuş adam) və eyni zamanda fövqəladə gücə malik bir hakim kimi təsvir edilir. Samsonun anası sonsuz (burada hamımıza tanış olan bir simvolizmə işarə var) idi; Tanrı ona mələk göndərərək bildirdi ki, doğulacaq uşaq Tanrı üçün nəzr olunacaq və bu səbəblə onun başı heç vaxt qırxılmamalıdır. Bu nəzrin əlaməti onun uzanan saçları – gücünün simvolu idi.

Samsonun gəncliyi və fəaliyyəti boyunca fələstinlilərlə apardığı bir sıra toqquşmalar təsvir olunur. O, əjdaha kimi güclü, yırtıcı heyvanları cırmaqlayan, qapıları çiynində daşıyan və bir eşşək çənəsi ilə yüzlərlə adamı öldürən qeyri-adi bir fiqurdur.

Delilah ilə olan səhnə

Əhvalatın dramatik məqamlarından biri Qəzza şəhərində baş verir. Samsonun faciəvi sonunu hazırlayan əsas hadisələr onun Delilah adlı fahişəyə aşiq olması ilə başlayır (Hakimlər 16:1). Qəzza xalqı bundan xəbər tutur və Samsonu gecə pusquya salmaq qərarına gəlir. Lakin o, gecəyarısı oyanaraq şəhərin iri qapılarını dirəkləri ilə birgə sökür və onları çiynində Hebron dağının başına qədər daşıyır (Hakimlər 16:3).

Fələstinli rəhbərlər Delilahı Samsonun gücünün sirrini öyrənmək üçün ələ alırlar. Delilah ardıcıl şəkildə Samsonu sorğu-suala tutur, lakin Samson əvvəlcə ona yalan cavablar verir. Hər cavab Delilah tərəfindən sınanır, lakin Samson gücünü itirmir.

Nəhayət, Delilah Samsonu o qədər israr və duyğusal təzyiqlə sıxır ki, “onun canı ölümə can atar” dərəcəsində təngə gəlir (Hakimlər 16:16). Samson bütün sirrini açaraq bildirir ki, saçları heç vaxt qırxılmayıb, çünki Tanrıya nəzr olunub. Əgər saçları kəsilərsə, gücünü itirəcək.

Delilah bu sirri fələstinlilərə çatdırır. Gecə Samson onun dizləri üstə yatarkən Delilah saçlarını kəsir və o, gücünü itirir. Fələstinlilər onu tutaraq gözlərini çıxarır və Qəzzadakı bir məbəddə zəncirləyirlər. Samson Tanrıya dua edərək son dəfə güc diləyir və məbədin dayandığı iki əsas sütunu tutur və onları itələyərək məbədi öz üzərinə və düşmənlərinin üzərinə çökdürür. Bu son addımı ilə o, həyatı boyunca öldürdüyündən daha çox adamı ölümə aparır (Hakimlər 16:30).

Tarixiliklə bağlı mübahisələr

Əfsanənin real tarixi hadisələrə əsaslanıb-əsaslanmaması barədə iki əsas fikir mövcuddur:

Skeptik mövqe

John L. McKenzie iddia edir ki, Samsonun əhvalatları şişirdilmiş xalq nağıllarıdır, iki sütunla minlərlə insanı özündə sığdıracaq bir məbədin mövcudluğu real deyil. Bu əfsanələr fələstin işğalı dövründə yəhudilərə ruhani güc və ümid vermək məqsədi ilə yaradılıb.

Tarixi əsaslı mövqe

Dr. Bryant G. Wood isə əksini iddia edir. İddia bundan ibarətdir ki, arxeoloji qazıntılar nəticəsində iki məbəd qalıqları aşjar edilib: biri 1972-ci ildə Tell Qasiledə (Təl-Əvivin şimalı) digəri isə Tel Miqnedə (antik Ekron, cənubi Tel-Əvivdə). Hər iki məbədin damı iki mərkəzi taxta sütun üzərində dayanırdı və bu sütunlar daş təməl üzərində yerləşirdi. Sütunların bir-birindən cəmi təxminən 1.8 metr məsafədə yerləşməsi bir insanın  xüsusilə, güclü biri kimi tanınan Samsonun onları itələməklə devirməsini mümkün edirdi. Bu tapıntılar Bibliyada verilən təsviri fiziki baxımdan real və inandırıcı edir.

Linqvistik təhlil

“Əllərini sağ və sol sütuna qoydu” ifadəsi real memarlıq standartlarına uyğun gəlir. Belə ki, Tell Qasiledə sütunlar 2 metr (7 fut) hündürlüyündə idi ki, bu, bir uzunboylu insanın əlləri ilə çatacağı məsafədir.

Bundan savayı, bəzi terminlər əfsanənin həqiqi olub-olmadığına dair müəyyən işıq tutur. Məsələn, “Natah” (נָטָה) – “əymək, güclə əyilmək”, “Bekōha” (בְּכֹחַ) – “bütün gücü ilə”. Bu ifadələr Samsonun sadəcə fiziki güc deyil, ilahi güclə hərəkət etdiyini göstərir.

Məbədin dağılması nəticəsində ölən fələstinlilərin sayı məsələsində də uyğunsuzluq var. Məsələn, müqəddəs mətndə 3,000 nəfərin məbəddə öldüyü bildirilir. Qazıntılar zamanı aşkar edilən Tell Qasile məbədinə bu qədər insanın sığmasının mümkünsüzlüyü bəlli olub. Ola bilər ki, burada işlədilən ‘Elef’ (min) sözü simvolik və ya hərbi birlik mənasında işlənib. Bu da əhvalatın dəqiq say yox, sosial-mədəni statusu əks etdirdiyini göstərir.

Müasir ritorikada simvolik istifadəsi

Bibliyadakı fələstinlilər müasir Fələstin xalqı ilə identifikasiya edilir, baxmayaraq ki, genetik və mənşə baxımından bu, birbaşa elmi dəlillərlə təsdiqlənməyib. Lakin terminoloji eynilik müasir siyasətdə manipulyativ istifadəyə imkan verir.

İsrail təbliğatında Samson

Sionist ideologiyada Samson hərbi gücün simvoluna çevrilib. Məşhur yazıçı David Grossman Samsonu “kişi gücü”nün, elitar hərbi hissələrin və hətta İsrailin “Samson seçimi” adlanan nüvə strategiyasının simvolu kimi təqdim edir. Lakin bu güc təcəssümü eyni zamanda bir qorxu və panika halının, yəni təhlükə qarşısında ifrat hərbi asılılığın göstəricisidir. Grossmana görə, Samsonun tez bir zamanda gücünü itirməsi və dağılması İsrailin təhlükəsizlik duyğularındakı dağınıqlığı simvolizə edir. Son dövrlərdə ədəbiyyatda Samson getdikcə daha çox “anti-qəhrəman” kimi göstərilir – gücünün nəzarətsiz və dağıdıcı olmasına görə…

Bəzi psixoanalitik və siyasi analitiklər tərəfindən yaradılan “Samson kompleksi” anlayışı, İsrailin ən ekstremal təhlükəli hallarda “mən məhv olsam, düşmən də yox olmalıdır” prinsipini ifadə edir. Bu, Samsonun Qəzza məbədini öz canı bahasına dağıtması ilə paralel görülə bilər. 1960-cı illərdən bu yana Samson bəzən milli müqavimət və özünümüdafiə obrazı kimi də görünür. Nüvə strategiyalarında və regional müdafiə planlarında bu konsepsiya gizli və ya açıq şəkildə istinad oluna bilir.

Fələstin tərəfindən mifik narrativə cavab

Fələstinli yazarlar, xüsusən Edward Saidin ardıcılları bu kimi mifoloji hekayələrin sıravi fələstinlilərin demonizasiyasında, “köhnə dünyanın barbarları” kimi təqdim olunmasında işlədiyini bildirir. Nur Masalha və Ilan Pappe kimi tədqiqatçılar bəzi Bibliya miflərinin mənimsənmiş torpaqları legitimləşdirmə vasitəsi kimi istifadə edildiyini vurğulayır.

Mədəni və medianın simvolik kodları

1926-cı ildə Vladimir Jabotinskinin “Samson the Nazirite” romanı və 1949-cu ildə Cecil B. DeMille-in “Samson və Delila” filmi bu əfsanəni siyasi və cinsi gərginliklərlə zənginləşdirir. Delila qadın cazibəsinin dağıdıcı gücü kimi təqdim olunur, bu isə qadınlara qarşı əsrlərlə davam edən neqativ baxışın bir nümunəsidir.

“Samson və Delilah” (1949) kimi Hollivud filmləri Samson obrazını heroik, fələstinli obrazlarını isə qaranlıq, təhdidedici şəkildə təqdim edir. Bu ekranizasiyalar mədəni şüuru şəkilləndirir.

Mahmud Derviş və Gassan Kanafani kimi yazıçılar, məhz, bu mifin “döyülən xalq” perspektivindən təkraryazan tərəflərini sorğulayır və post-kolonial baxışla yenidən yozum verir.

Samson və Qəzza məbədi əfsanəsi müasir İsrail-Fələstin münaqişəsində ideoloji təsirləri olan simvolik struktur olaraq qalmaqdadır. Bu mifin dini narrativ kimi deyil, siyasi manipulyasiya aləti kimi istifadəsi mübarizənin sülh yönlü həll yollarını məhdudlaşdırır. Hər iki tərəfdə tarixə və mifologiyaya tənqidi baxışın yaradılması bu cür simvolik qavrayışların zəiflədilməsi və real siyasi dialoqun gücləndirilməsi üçün vacibdir.

****************

Hakimlər 13–16-cı fəsillər – Müqəddəs Kitab (azərbaycan dilində)

https://divinity.uchicago.edu/sightings/articles/samson-gaza

https://divinity.uchicago.edu/sightings/articles/samson-gaza

https://christiananswers.net/q-abr/abr-a006.html


İsmayıl Süleymanov


Oxunub: 5 455
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 21:15 | "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
    Bu gün, 21:14 | AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
    Bu gün, 21:12 | Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
    Bu gün, 21:10 | Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
    Bu gün, 21:09 | Sabah bu rayonda qaz olmayacaq
    Bu gün, 20:10 | 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
    Bu gün, 18:09 | Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
    Bu gün, 17:53 | Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
    Bu gün, 17:37 | Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
    Bu gün, 17:07 | İlham Əliyev Vladimir Putinə zəng etdi
    Bu gün, 16:19 | Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”i darmadağın etdi - VİDEO
    Bu gün, 15:19 | Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
    Bu gün, 15:17 | Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
    Bu gün, 15:01 | İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
    Bu gün, 14:39 | AVRO-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq
    Bu gün, 14:16 | Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
    Bu gün, 14:14 | Kimya üzrə Nobel mükafatı onlara verildi
    Bu gün, 14:13 | "Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək"
    Bu gün, 14:11 | Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu
    Bu gün, 13:46 | “Dərslik nəşri elmə deyil, ticarətə xidmət edir” - Fazil Mustafadan sərt İTTİHAM
    Bu gün, 13:41 | Ayın 8-də də yağış yağacaq - Proqnoz
    Bu gün, 13:36 | Jurnalistlərin qurultayının vaxtı dəyişdirildi
    Bu gün, 13:31 | İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair maarifləndirici tədbir keçirilib
    Bu gün, 13:27 | “TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - VİDEO
    Bu gün, 13:25 | Mehriban Rəhimliyə hökm oxundu
    Bu gün, 13:04 | Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
    Bu gün, 13:00 | Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Bu gün, 12:55 | Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Əvəz Məmmədovu ildönümündə ehtiramla anırıq
    Bu gün, 12:53 | Hökumət korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini təmin edəcəkmi? - Deputatdan AÇIQLAMA
    Bu gün, 12:35 | Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
    Bu gün, 12:33 | August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
    Bu gün, 12:30 | Azərbaycanın puluna yağlanan... buğlanan ŞAMİL AYRIM... - Hətta nəvələrini də SOCAR-da işə düzəltməyə çalışır...
    Bu gün, 12:23 | Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb
    Bu gün, 12:19 | "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    Bu gün, 12:15 | Azərbaycan nefti 120 dollara ticarət olunur
    Bu gün, 12:09 | Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
    Bu gün, 12:05 | Azərbaycan vətəndaşlarının bir qrupu Rusiyadan deportasiya olunacaq
    Bu gün, 12:04 | Elza Seyidcahanla Rəşid Mahmudovun məhkəməsi: 10 min istədi, 500 manat alacaq
    Bu gün, 12:02 | Bakıda dəhşət: 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü - QISQANCLIQ
    Bu gün, 12:01 | Müştərinin 10 manatına da TAMAH SALIRLAR... - AXI NİYƏ?..
    Bu gün, 11:57 | AVTOBUSDA, METRODA, XİDMƏT MƏNTƏQƏSİNDƏ... - Növbə savaşı niyə bitmir?
    Bu gün, 11:56 | ƏMƏK PENSİYASI ALA BİLMƏYƏNLƏRİN SAYI ARTIR – 180 minə yaxın vətəndaş 220 manat alır...
    Bu gün, 11:31 | QARABAĞDA BU İŞ YERLƏRİ BOŞ QALIB... - 1800 - 2100 manat maaş təklif olunur + TAM SİYAHI
    Bu gün, 10:53 | “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    Bu gün, 10:40 | Müəllimlər üçün geyim qaydaları və tələbləri müəyyən edildi - Nazirlər Kabineti təsdiqlədi
    Bu gün, 10:33 | Azərbaycan kubokunda yeni mövsümə start verilir: “Ağstafa Gəncləri” “Şəmkir”ə qarşı
    Bu gün, 10:24 | Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama
    Bu gün, 10:22 | Böyük Vedi: Əsrlər boyu azərbaycanlıların yaşadığı qədim yurd - Foto/Video
    Bu gün, 09:18 | Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video
    Bu gün, 07:53 | Ronaldo qərarını açıqlayıb
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.