Seymur Orucov şəhid atasının yas mərasimində iştirak edib - FOTOLAR
Bu gün Ağstafa Rayon Ağsaqqallar Şurasının mərhum sədri, aşıq sənətinin görkəmli nümayəndəsi, şəhid atası Hüseyn Əziz oğlu Hüseynovun vəfatından yeddi gün ötür. Mediaxeberleri.Az xəbər verir ki, mərhumun Göycəli kəndindəki doğma evində keçirilən yas mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bir daha rayon ictimaiyyəti adından Ağstafanın ictimai-siyasi, sosial və mədəni həyatında yüksək fəalllıq nümayiş etdirmiş, milli-mənəvi dəyərlərin aşılanmasında dəyərli töhfələrini əsirgəməmiş el ağsaqqalının ailə üzvlərinə və yaxnlarına dərindən başsağlığı verir, Uca Allahdan rəhmət diləyirik.



Oxunub: 36
Xəbəri paylaş
Paylaş:





















