Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu
Mediaxeberleri.Az-ın məlumatına görə, dünən gecə saatlarında Qazax şəhəri Bakı küçəsində “Kia Sorento” markalı avtomobil yol kənarındakı hasara çırpılaraq aşmışdır. Avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Axundov Süleyman Asif oğlu da olmuşdur. 30.01.2026-cı il tarixdə sosial şəbəkələrdə sözügedən avtoqəzanı əks etdirən videogörüntü paylaşılmışdır. Onu da bildirək ki, icra başçısının köməkçisi vəzifəsində çalışan S.Axundov baş vermiş avtoqəzanı gizlədərək hadisə barədə Rayon İcra Hakimiyyətinə hər hansı bir məlumat verməmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını kobud şəkildə pozan S.Axundov dövlət qulluğunda çalışmağa layiq olmadığını və səhv etdiyini etiraf edərək öz ərizəsinə əsasən 30.01.2026-cı il tarixdə tutduğu vəzifədən azad edilmişdir.
Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu





















