Rəfayıl Qurbanoğlunun 65 illik yubileyi qeyd edildi - Fotolar
Şairin ailəsi tərəfindən təşkil olunan zəngin və səmimi süfrə, göstərilən yüksək diqqət və qayğı tədbirə xüsusi gözəllik qatdı. Bizi böyük hörmətlə qarşılayan Rəfayıl müəllimin ailəsinə dərin minnətdarlığımızı bildiririk. Müəyyən səbəblərdən tədbirdə şəxsən iştirak edə bilməyən “Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlu, jurnalist Orxan Səfərli, aşıq Samir Cəlaloğlu, Aşıq Camoy və şair Tahir Caylı da Rəfayıl Qurbanoğluna öz səmimi təbrik və xoş arzularını çatdırdılar. Eyni zamanda, tədbirlərimizdə hər zaman təmənnasız şəkildə peşəkar xidmət göstərən AE Studio-nun rəhbəri Asif Zöhrabova da xüsusi təşəkkürümüzü bildiririk. Onun dəstəyi və zəhməti bu cür görüşlərin yüksək səviyyədə təşkil olunmasında mühüm rol oynayır. Tədbirin sonunda şair Rəfayıl Qurbanoğlu göstərilən diqqət və ehtirama görə gələn bütün qonaqlara öz dərin təşəkkürünü bildirdi. Sözə, poeziyaya və milli-mənəvi dəyərlərimizə ömür verən şair Rəfayıl Qurbanoğlunu 65 yaşı münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və tükənməz yaradıcılıq ilhamı arzulayırıq. Elnur Quliyev
Qazax rayonunun Çaylı kəndində yaşayan tanınmış şair Rəfayıl Qurbanoğlunun 65 yaşının tamam olması münasibətilə onun evində qonaq olduq, bu əlamətdar günü birlikdə qeyd edərək ad gününü səmimi qəlbdən təbrik etdik. 























