Rusiya Ermənistanı seçim etməyə çağırdı
"Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı danışıqlar, əgər belə bir imkan ümumiyyətlə yaranarsa, uzun illər çəkəcək və İrəvan Aİ ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olacaq". Mediaxeberleri.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib. "Əlbəttə, Avropa İttifaqının özünün hansı istiqamətdə inkişaf etdiyinə baxmaq lazımdır - nəyə çevrildiyini dəyərləndirmək vacibdir. Bu kontekstdə Avropa Komissiyasından, Brüsseldən səslənən bugünkü bəyanatları da diqqətlə izləmək gərəkdir. Bu bəyanatlar Aİ-nin iqtisadi birlikdən hərbi-siyasi ittifaqa çevrilməsi ilə bağlıdır. Bunu da nəzərə almaq lazımdır. Ermənilər bu gün Rusiyaya qarşı çox aqressiv mövqe tutan hərbi-siyasi ittifaqa qoşulmağa hazırdırlarmı? Bu sualı da ermənilər özlərinə verməli olacaqlar", - deyə Overçuk əlavə edib. O qeyd edib ki, yekun nəticədə Ermənistanın hansı inteqrasiya birliyini seçməsi ölkə xalqının qərarıdır.





















