Ermənistan Azərbaycana mal ixrac edəcək
Ermənistan bir-iki ay ərzində Azərbaycana mal ixrac etməyə başlayacaq. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının üzvü Babken Tunyan deyib. O bildirib ki, söhbət metal və ya folqadan, eləcə də Bakıda tələbat olan mümkün qida məhsullarından gedir: “Bu, bazar qanunlarına uyğun olaraq baş verəcək. Müəyyən mallara tələbat olarsa, ilk ixrac halları tezliklə ortaya çıxacaq. Konkret qərarlar hökumət tərəfindən verilmir, lakin mallarla bağlı qarşılıqlı maraqlar əsasında müəyyən edilir”.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş:





















