Azərbaycanın Xalq artisti Sabir Məmmədvun doğum günüdür
Bu gün Xalq artisti, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, hamımızın sevimlisi Sabir Məmmədovun ad günü - 65 illik yubileyidir. "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Sabir Məmmədovu anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırlar. P.S. Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun (indiki Ağstafa rayonu) Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrında fəaliyyətə başlamışdır. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirmişdir. Sabir Məmmədov bir çox filmə çəkilib. Bir çox xarici filmlərin Azərbaycan dilində səsləndirilməsində iştirak edib. Cəfər Cabbarlı mükafatı (2002-ci il) və Qızıl Dərviş mükafatı (2010-cu il) laureatıdır. Müxtəlif illərdə (9 may 2005-ci il, 9 may 2012-ci il, 6 may 2015-ci il, 6 may 2016-cı il, 1 may 2017, 9 may 2018, 10 may 2019, 7 may 2020, 7 may 2021, 10 may 2022, 6 may 2023, 9 may 2024-cü il) Prezident mükafatına layiq görülüb. "Edam günü" filmindəki roluna görə Golden FEMI Film Festivalın "tammetrajlı bədii filmdə ən yaxşı rola görə" nominasiyasında qızıl heykəlciyə layiq görülüb. 2002-ci ildə Azərbaycan kino və teatr sahəsində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Əməkdar artist, 27 may 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 8 may 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Hörmətli Sabir müəllim, biz sizinlə fəxr edirik.





















