Prezident sərəncam imzaladı - 450 AZN oldu
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb. Mediaxeberleri.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib: doktorantura səviyyəsi üzrə: - elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat; - fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat; ali təhsil müəssisələrində: magistratura səviyyəsi üzrə: - akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat; - akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat; - akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat; bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə: akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 (iki yüz) manat; akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat; akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat; orta ixtisas təhsili müəssisələrində: akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 (yüz on) manat; akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 (doxsan) manat; akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 (yetmiş) manat; peşə təhsili müəssisələrində: akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 (yüz on) manat; akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 (doxsan) manat; akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.