"Qarabağ" "Şelburn"a böyük hesabla qalib gəldi
Mediaxeberleri.Az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində "Şelburn"la ilk oyuna çıxıb. İrlandiyanın paytaxtı Dublindəki "Tolka Park"da keçirilən matç "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edib. Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək. Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar 22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 0:3 Qollar: Leandro Andrade, 11, Aleksey Kaşuk, 81, Nəriman Axundzadə, 84 Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq (Xorvatiya) VAR: Mario Zebec AVAR: Tixomir Pejin “Tolka Park”, Dublin, İrlandiya.Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.