"Zirə" "Hayduk"la heç-heçə etdi
“Zirə” bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayıb. Mediaxeberleri.Az xəbər verir ki, Rəşad Sadıqovun komandası Bakıda “Hayduk”la qarşılaşıb. Xorvatiya klubu ilə 8-ci km stadionunda keçirilən görüş bərabərliklə başa çatıb - 1:1 Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 31-də Splitdə olacaq. 23 iyul UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsi, ilk oyun 19:30. "Zirə" (Azərbaycan) – "Hayduk" (Split, Xorvatiya) - 1:1 Qol: Brahim Konate, 31 (1:0), Antoni Kalik, 68 (1:1) Baş hakim: Kristos Vergetis (Yunanıstan).
Oxunub: 128
Xəbəri paylaş
Paylaş: