Dördgünlük iş həftəsi ilə bağlı mühüm məlumat
"4 Day Week Global" beynəlxalq təşkilatının alimləri müəyyən ediblər ki, maaşlar kəsilmədən dördgünlük iş həftəsinə keçid həm işçilər, həm də biznes üçün faydalıdır. Araşdırmanın nəticələri "Nature Human Behavior" jurnalında dərc olunub. Tədqiqatçılar müəyyən ediblər ki, dördgünlük iş həftəsi stres səviyyəsini əhəmiyyətli dərəcədə azaldır və işçilərin məhsuldarlığını artırır. Eyni zamanda şirkətin gəlirləri də artır. Yeni iş qrafikinin effektivliyi 33 şirkətin iştirak etdiyi araşdırmanın birinci mərhələsindən sonra təsdiqlənib. Araşdırmada iştirak edən təşkilatların heç biri həftədə dörd gün işləməyin əleyhinə olduğunu bildirməyib.
Oxunub: 63
Xəbəri paylaş
Paylaş: