Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
  • Sabah Bakının bu yolları bağlanacaq
  • Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
  • Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
  • Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
  • Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
  • Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
  • 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
  • Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
  • Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
  • Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
  • Azərbaycanda aliment artırılacaq
  • Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
  • Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
  • Prezident 2 fərman imzaladı
  • Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
  • Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
  • 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
  • Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda “Kəskin qarın hallarının idarə olunmasında komanda yanaşması: Triajdan çevik müdaxiləyə” mövzusunda seminar keçirilib

  • Tarix: 22-07-2025, 13:21

Regionda cərrahi xidmətlərin optimallaşdırılması və müxtəlif ixtisas sahələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təmin edəcək kliniki standartların tətbiqi məqsədilə yeni təlim proqramlarına start verilir. Bu proqramlar çərçivəsində multidissiplinar komanda yanaşmasının təşviqi, klinik qərarların koordinasiyalı şəkildə verilməsi və tibbi xidmət keyfiyyətinin artırılması əsas hədəf kimi müəyyən edilmişdir.

Bu məqsədlə 21 iyul 2025-ci il tarixində Qazax rayonunda “Kəskin qarın hallarının idarə olunmasında komanda yanaşması: Triajdan çevik müdaxiləyə” mövzusunda seminar keçirilib.

Seminarın keçirilməsində əsas məqsəd müxtəlif tibbi sahələr üzrə mütəxəssislər arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək, kəskin qarın hallarının vaxtında və düzgün diaqnozunun qoyulması, optimal yönləndirilməsi və uyğun tibbi müdaxilənin çevik həyata keçirilməsini təmin edən vahid idarəetmə sisteminin formalaşdırılmasına töhfə verməkdir.

Seminar “Qlobal Cərrahiyyə 2030” proqramı çərçivəsində hazırlanmış Fəaliyyətin İcra Təlimatı (FİT) sənədinə əsaslanır. Qeyd edək ki, TƏBİB-in “Qlobal Cərrahiyyə 2030 Proqramı” Azərbaycanın rayonlarında zəruri, təhlükəsiz və əlverişli cərrahiyyə və anesteziya xidmətlərinin mövcud vəziyyətini təhlil etmək və bu xidmətlərin inkişafı üçün gərəkən strategiyanı müəyyən etmək üçün yaradılmışdır. Hazırkı seminar TƏBİB-in "Qlobal Cərrahiyə 2030" proqramı çərçivəsində hazırlanmış, Qazax Rayon İcra Hakimiyyəti və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin dəstəyi ilə həyata keçirilib. Kəskin qarın hallarında (qeyri-travma mənşəli) xəstələrin müayinə və müalicə proseslərinin idarə edilməsi zamanı həyata keçirilən fəaliyyətlərin standartlaşdırılması məqsədilə hazlırlanmış icra təlimatına əsaslanır. Seminarın əsas məqsədi - müxtəlif ixtisas sahibləri arasında multidissiplinar əməkdaşlığı gücləndirmək, kəskin qarın hallarının vaxtında və düzgün tanınmasını, optimal yönləndirilməsini və uyğun tibbi müdaxilənin həyata keçirilməsini təmin edən vahid idarəetmə sisteminin formalaşdırılmasına töhfə verməkdir.

Qazax Ədəbiyyat Muzeyində keçirilən seminara Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb fakültəsinin Cərrahiyyə klinikasının həkimi, Cərrahiyyə Mərkəzində bölmə müdirinin müavini və TƏBİB direktorunun müşaviri vəzifəsində çalışan cərrah-onkoloq, t.ü.f.d, dosent Vüqar Yaqublu, TƏBİB-in Təlim və tədqiqatlar Departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin müdiri Emil İskəndərov, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov, “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Samir Namazov, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Cərrahi işlər üzrə direktor müavini Faiq Vəliyev, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarında çalışan yerli tibb müəssisələrinin əməkdaşları, Təcili tibbi yardım xidmətlərinin nümayəndələri və cərrahi sahədə çalışan həkimlər qatılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul əməkdaşları da tədbirdə iştirak ediblər.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamlayıb, “Kəskin qarın hallarının idarə olunmasında komanda yanaşması: Triajdan çevik müdaxiləyə” mövzusunda təşkil olunmuş seminarın əhəmiyyətindən söz açıb. A.Fərruxov rəhbərlik etdiyi xəstəxana barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmiş və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri 2019-cu ilin sentyabrında yekunlaşıb. 2020-ci il martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərir. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərir. Təcili və təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün evə yazılır, nəticədə stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır. Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrin birbaşa daxil ola biləcəyi ərazilərdən kənarda yerləşdirilib, qan və digər nümunələrin alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib. Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana binalarının birinci mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər. Baş həkim xəstəxanda bu gün 1125 nəfər səhiyyə işçisinin sakinlərin xidmətində dayandığını qeyd edərək 161 nəfərin həkimlərimiz, 2 nəfərin uzman olduğunu vurğulayıb. 16 həkim və 17 tibb məntəqəsinin kəndlərdə əhalinin sağlamlığının keşiyində dayanmaq üçün fəaliyyət göstərdiyini söyləyib. Xəstəxanaya gənc cərrahların cəlb olunduğunu qeyd edən baş həkim bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Gün ərzində xəstəxanaya Qazax rayonu ilə yanaşı, ətraf rayonlardan də vətəndaşların müraciət etdiyini diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları və tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri istər bugünkü seminarın keçirilməsinə, istərsə də “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin ASM şöbəsində TƏBİB-in tabeli tibb müəssisələrində çalışan ixtisaslı həkimləri tərəfindən əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması və onkoloji xəstəliklərin erkən diaqnostikasının təmin edilməsi məqsədilə 16.07.2025-23.07.2025-ci il tarixlərdə 40-69 yaş aralığında qadınlar arasında süd vəzi xərçənginin skrininqi (profilaktik yoxlama), erkən aşkarlanması üçün mammoqrafiya cihazı ilə müayinələrin təşkil edilməsinə görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov başda olmaqla, bu işlərdə əməyi olan insanlara razılığını ifadə edib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini vurğulayıb. Ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun bariz nümunəsi olaraq 2020-ci il martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Qeyd edib ki, hər bir qazaxlı, xüsusilə də səhiyyə sahəsində çalışan hər bir işçi bu əlamətdar hadisəyə – yeni xəstəxananın istifadəyə verilməsinə görə bu gün də ölkə başçısına minnətdarlıq edir. Mənfur düşmənlə 168 km sərhəddə yerləşən Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırırlar. Ölkə Prezidenti tərəfindən yürüdülən gənclər siyasətindən, gənc kadrların önə çəkilməsi istiqamətində atılan uğurlu addımlardan söz açan icra başçısı həkimlərin, xüsusilə gənc həkimlərin “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə çalışmaları üçün hər cür şərait yaradıldığını bildirib və bütün bunları həkimlərimizə göstərilən qayğının bariz nümunəsi kimi qeyd edib. İcra başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən, əhalinin vaksinasiyası sahəsində görülən işlərdən söz açan icra başçısı bu işdə, əhalinin peyvəndlənməsi sahəsində uğurun əldə olunmasında həkimlərin, tibb işçilərinin böyük əməyi olduğunu vurğulayıb. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində, xüsusilə də əhalinin vaksinasiya olunmasında gördükləri işlərin danılmaz olduğunu söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışan icra başçısı bizlərə şanlı qələbəni bəxş edən qəhrəman oğullarımızı unutmadığımızı, onlarla hər zaman fəxr edib, qürur duyduğumuzu bildirib. 44 günlük savaşda əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. İcra başçısı istər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirib. Həkimlərimizin həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini vurğulayıb.  “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə çalışan tibb işçilərinin, həkimlərin öz peşələrinin öhtəsindən layiqincə gəldiklərini söyləyib.

Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb fakültəsinin Cərrahiyyə klinikasının həkimi, Cərrahiyyə Mərkəzində bölmə müdirinin müavini və TƏBİB direktorunun müşaviri vəzifəsində çalışan cərrah-onkoloq, t.ü.f.d, dosent Vüqar Yaqublu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşərək göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Natiq TƏBİB-in “Qlobal Cərrahiyyə 2030 Proqramı” barədə ətraflı məlumat verərək, proqram çərçivəsində nəzərdə tutulan işlərdən, layihələrdən danışıb. V.Yaqublu hər yüz min əhaliyə beş min cərrahi əməliyyatın düşdüyünü qeyd edərək sözügedən proqram çərçivəsində məhz bu məsələnin həlli istiqamətində geniş tədbirlərin həyata keçiriləcəyini söyləyib. İlk pilot layihə kimi bugünkü tədbirin Qazaxdan start götürdüyünü vurğulayıb.

TƏBİB-in Təlim və tədqiqatlar Departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin müdiri Emil İskəndərov çıxış edərək seminar iştirakçılarını  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanovun adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Tədbirin keçirilməsində göstərilən dəstəyə görə rayon rəhbərliyinə razılığını ifadə edib. TƏBİB-in “Qlobal Cərrahiyyə 2030 Proqramı” çərçivəsində “Kəskin qarın hallarının idarə olunmasında komanda yanaşması: Triajdan çevik müdaxiləyə” mövzusunda təşkil olunmuş seminarın əhəmiyyətindən söz açıb.

“Şəmkir Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Samir Namazov çıxış edərək “Kəskin qarın hallarında komanda işi niyə önəmlidir?“, “Kəskin qarın nədir?”, “Kəskin qarına aşağıdakılar səbəb ola bilər”, “Kəskin qarın zamanı diaqnoz qoymaq niyə çətindir?” başlıqlarında fikirlərini bölüşüb.

“Tovuz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Cərrahi işlər üzrə direktor müavini Faiq Vəliyev çıxışı zamanı “Kəskin qarın halların sahə həkimi ilə fəaliyyətin idarə edilməsi”, “Kəskin qarın hallarında səhə həkiminin rolu”, “Qırmızı Bayraq” əlamətləri” mövzuları ətrafında fikir mübadiləsi aparıb.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Təcili yardım bölməsinin müdiri Nəzrin Əliyeva çıxış edərək “Kəskin qarın hallarının rayon xəstəxanasında idarə edilməsi”, “Rayon xəstəxanası səviyyəsində kəskin qarın hallarında ümumi hədəf”, “Kəskin qarın hallarında RMX ilkin diaqnostik addımlar”, “Diaqnostika ilə yanaşı müalicənin başlanması”, “Konsultativ təqdimat“ mövzuları ətrafında geniş məruzə ilə çıxış edib.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Cərrahiyyə bölməsinin müdiri Vasif Məmmədov “Kəskin qarın hallarının cərrahi xəstəliklərin idarə edilməsi”, “Kəskin qarın hallarında cərrahi xəstəliklərin nisbəti”, “Kəskin qarın hallarında uğurlu cərrahi müdaxilənin əsas elementləri”, “Təcili DLSK və ya Laparotomiyalara göstərişlər”, “Təcili laparotomiya prosesinin həyata keçirilmə prinsipləri” mövzuları ətrafında geniş çıxış edib.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Həkim terapevt Gülsüm Babayeva “Kəskin qarın hallarında digər qeyri-cərrahi səbəblər və idarəetmə üsulları”, “Stasionar və ambulator müalicə növünün seçimi: Hospitalizasiya göstərişi olanlar”, “Stasionar və ambulator müalicə növünün seçimi: ambulator müalicəyə göndərilə bilən xəstələr”, “Ambulator müalicəyə göstərişlər təyin edilərkən aşağıdakı xəstə qrupları xaric tutulmalıdır!” mövzularında çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıb.

Azərbaycan Kardiologiya Cəmiyyəti, “Ürək Görüntüləməsi” işçi qrupunun rəhbəri, Avropa Kardiologiya Cəmiyyəti, gənc ambassador, mütəxəssis-kardioloq, FESC Xatirə Abduləlimova çıxış edərək “Kəskin qarın klinikasını təqlid edən kardiorespirator xəstəliklər”, “Kəskin qarın klinikasını təqlid edən kardiovaskulyar xəstəliklər”, ”Kəskin qarın ağrısını təqlid edən hallar. Nə zaman  şübhələnək?”, “Təcili Yardım bölümündə Kardiak Monitoringi necə təşkil edək?” mövzuları ətrafında ətraflı məlumat verib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, tdisskusiya aparılıb.


Oxunub: 1 118
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    Dünən, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    Dünən, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    Dünən, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    Dünən, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    Dünən, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    Dünən, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    Dünən, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    Dünən, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    Dünən, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    Dünən, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    Dünən, 18:11 | Azərbaycanda aliment artırılacaq
    Dünən, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    Dünən, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    Dünən, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    Dünən, 16:34 | Prezident 2 fərman imzaladı
    Dünən, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    Dünən, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    Dünən, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    Dünən, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    Dünən, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    Dünən, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    Dünən, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    Dünən, 14:16 | Bu yol tam bağlandı
    Dünən, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Dünən, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Dünən, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Dünən, 13:25 | Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
    Dünən, 13:23 | Sabah qar yağacaq
    Dünən, 13:20 | Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
    Dünən, 13:18 | Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
    Dünən, 13:16 | Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
    Dünən, 13:15 | Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
    Dünən, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Dünən, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Dünən, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Dünən, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Dünən, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Dünən, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Dünən, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Dünən, 07:18 | Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
    Dünən, 07:12 | Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
    27-10-2026, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    27-10-2026, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    27-10-2026, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    27-10-2026, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    27-10-2026, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    27-10-2026, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    27-10-2026, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    27-10-2026, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.