Mediaxeberleri.az
    
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto

Son xəbərlər :
  • Şiddətli yağışlarla bağlı XƏBƏRDARLIQ
  • Bakının bu ərazilərində qaz olmayacaq
  • Bu 7 ərzaq qaraciyəri gücləndirir
  • İcra başçısı bir qrup vətəndaşın müraciətini dinləyib
  • DTX rəisi: "Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması ciddi təhdiddir" - FOTO
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
  • Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
  • Fərid Şahbazlı: "Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətləri də bu strategiyanın mühüm dayağıdır"
  • QAİ-dən Ermənistanın əsassız iddialarına sərt reaksiya
  • Bakıda qəzadan sonra baş verən yanğının - Anbaan videosu
  • 25 min koreyalı Rusiya üçün “Şahid” yığır
  • Prezident və xanımı Şamaxıda açılışda...
  • Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • ABŞ-İran münaqişəsi regional nizamı dəyişdi - Arakçı
  • Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
  • Ramiz Mehdiyev məhkəməyə getmək istəmir
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
  • Bakıda dayanacaqlarda insan seli... - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

150 illik İNKİŞAF YOLU - Azərbaycan mətbuatının dünəni və bu günü

  • Tarix: 17-07-2025, 20:20

Azərbaycan cəmiyyəti mötəbər bir tarixi günü qeyd etməyə hazırlaşır. Cəmi bir neçə gün sonra milli mətbuatın yaranmasının 150 illiyi böyük coşqu və sevinclə qeyd ediləcək. Bu coşqu və sevincin bir səbəbi milli mətbuatın 150 yaşının tamam olmasıdırsa, digər səbəbi belə bir əlamətdar hadisənin öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmiş, regionun yeni güc mərkəzi kimi qəbul olunan yeni Azərbaycan reallığında qeyd edilməsidir.

 

Təbii ki, dövlət müstəqilliyimiz kimi, milli mətbuatımız da bu günə heç də asanlıqla gəlib çıxmayıb. Azərbaycan mətbuatı 150 il ərzində çətin və şərəfli inkişaf yolu keçib.

 

“Əkinçi” necə yarandı?

 

XIX əsr Çar Rusiyasında yaşayan xalqlar üçün bir intibah dövrü idi. Rus şovinizminin ağır şərtləri altında yaşayan çoxsaylı xalqların ziyalı təbəqəsi milli oyanışa öz töhfələrini verməyə başlamışdılar. Bu oyanışın məntiqi nəticə qazanması üçün isə ilk növbədə hər bir xalqı təşkilatlandıran, onu milli dəyərlərə sahib çıxmağa təşviq edən mətbuat lazım idi.

 

Çox təəssüf ki, Çar hökumətinin ağır şərtləri və rus şovinizmi qeyri-rus xalqlara öz mətbu orqanlarını yaratmağa imkan vermirdi. Bu istiqamətdə atılan addımlar birmənalı şəkildə nəticəsiz qalırdı. Təkcə bir faktı qeyd edək ki, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi milli mətbuat orqanını təsis etmək üçün 15 ilə yaxın mübarizə aparmışdı. 1861-1865-ci illərdə Moskva Universitetinin Fizika-Riyaziyyat fakültəsində təhsil aldığı illərdə belə, Azərbaycan dilində qəzet nəşr etmək istəmişdi. Lakin onun təşəbbüslərinin qarşısı hər dəfə müxtəlif vasitələrlə alınmışdı.

 

Nəhayət, uzun və gərgin mübarizədən sonra 1875-ci ildə Zərdabi öz arzusuna çatdı və istədiyi qəzetin nəşri üçün Bakı qubernatorundan icazə aldı. Təbii ki, bu icazədə kifayət qədər ağır şərtlər vardı. Çünki Çar hökuməti milli mətbuatın formalaşmasında maraqlı deyildi. Ona görə də Həsən bəy Zərdabiyə ictimai-siyasi qəzet yox, əkin-biçin məlumatları yaymaq hüququ verilmişdi. Bu səbəbdən də qəzetin adı “Əkinçi” adlandırıldı.

 

Maraqlıdır ki, qəzetin nəşrinə icazə verilməsində Zərdabinin peşəsi xüsusi rol oynamışdı. Təbiət elmləri üzrə təhsil aldığı üçün Zərdabinin əkin-biçin məlumatlarının yayılacağı vədi Moskvaya inandırıcı gəlmişdi.

 

3 ilə 56 nömrə

 

“Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci ilin 22 iyulunda işıq üzü gördü. Qəzet ərəb əlifbası ilə Azərbaycan dilində yayımlanan ilk milli qəzetdir. “Əkinçi” iki dəfə 300-400 tirajla yayımlanıb, ümumilikdə 56 sayı işıq üzü görüb.

 

“Əkinçi” Azərbaycanda qəzetçilik ənənəsini yaratmaqla yanaşı, ilk jurnalist nəslini formalaşdırdı, peşə prinsiplərini müəyyənləşdirdi. Azərbaycan dilinin rəsmi statusda fəaliyyətinə imkan verən bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində tarixi xidmətlər göstərdi. Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani və digər Azərbaycan mütəfəkkirləri qəzetin ilk yazarlarından idilər.

 

Bundan başqa, Azərbaycan dilində ilk dəfə durğu işarələrindən istifadə edən “Əkinçi” qəzeti dil islahatlarına da töhfə verdi. Ən əsası, qəzet milli oyanışda əvəzsiz rol oynadı.

 

Onu da qeyd edək ki, “Əkinçi” Bakıda çap olunsa da, o, ümumrusiya müsəlmanlarının qəzetinə çevrilmişdi. Onu Dağıstanda, Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular.

 

Məhz bu səbəbdən Çar hökuməti qəzetin nəşrinin dayandırılmasına qərar verdi və 29 sentyabr 1877-ci ildə qəzetin fəaliyyəti dayandırıldı. Amma cəmi 2 il ərzində “Əkinçi” öz toxumunu düşüncələrə əkmişdi. Zaman keçdikcə həmin toxumlar cücərdi və milli mətbuatın yeni və daha güclü inkişafına zəmin yaratdı.

 

Milli düşüncənin formalaşmasında “Əkinçi”nin rolu

 

Nəzərə almaq lazımdır ki, XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakı təkcə Qafqazın iqtisadi deyil, həm də mədəni mərkəzinə çevrilmişdi. O zamankı Bakıda çoxsaylı rus, gürcü, erməni və digər xalqların xeyriyyə cəmiyyətləri və qəzetləri fəaliyyət göstərirdi. Bu qədər qarşıdurma və rəqabət şəraitində milli mətbuatı formalaşdırmaq və inkişaf etdirmək çox çətin idi. Etiraf etməliyik ki, o dövrdə “Əkinçi” milli mətbuatın yeni nəsli üçün bir mayak, bələdçi oldu.

 

Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda onun qurucularının demək olar ki, əksəriyyəti yazarlar və mətbuat cameəsinin nümayəndələri idilər.

 

Sovet dövründə mətbuat

 

Sovet dönəmində mətbuat yalnız texniki baxımdan inkişaf etdi. Çünki 70 il ərzində bir dənə də olsun müstəqil mətbu orqanı fəaliyyət göstərmədi. Daha doğrusu, müstəqil mətbuatın fəaliyyətinə imkan verilmədi.

 

Buna görə də bütün media subyektləri partiya təşkilatlarının və dövlət qurumlarının orqanı kimi fəaliyyət göstərdi. Lakin senzuranın pik həddə olduğu SSRİ dönəmində belə əzmkar jurnalistlərimizin səyi ilə Zərdabi ənənələri unudulmadı.

 

Mətbuatın inkişafında Ümummilli liderin rolu

 

Mediamızın əsas inkişaf dövrü ikinci dəfə müstəqillik qazandığımız illərə təsadüf edir. Müstəqilliyimizin ilk illərdən etibarən çoxsaylı qəzet və jurnallar nəşr olundu, sovet dönəmindən qalmış stereotiplər dağıdıldı.

 

 

Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə mətbuatın inkişafı, ilk növbədə, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət yalnız mətbuata qayğı göstərmirdi, həm də media ilə fəal əməkdaşlıq edirdi. Onun bütün səfərlərinə, görüşlərinə müxtəlif mətbuat nümayəndələri dəvət olunurdu. Heydər Əliyev hakimiyyətdə olduğu illərdə jurnalistlərlə hər il geniş tərkibdə görüşlər keçirirdi. Bununla da mətbuatın dövlətçilik və cəmiyyət üçün əhəmiyyəti xüsusi şəkildə vurğulanırdı.

 

Eyni zamanda, Heydər Əliyevin hakimiyyəti dövründə mətbuatın davamlı inkişafı üçün hüquqi baza yaradılmasına xüsusi diqqət yetirilirdi. 1995-ci ildə Ümummilli liderin rəhbərliyi ilə hazırlanan ilk Milli Konstitusiyada mətbuata xüsusi yer ayrıldı. Konstitusiyada qeyd olunub:

 

“Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir.”

 

Bu, mətbuatın “dördüncü hakimiyyət” kimi de-yure tanınması demək idi. Azad mətbuatın inkişafını demokratik cəmiyyətin əsası kimi görən dahi öndər 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı. Bu fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə hesab olunur.

 

Həmin fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi. Üstəlik, “Hərbi senzura yaradılması haqqında” 16 aprel 1992-ci il tarixli fərman və “İnformasiya yayımı üzərində nəzarət haqqında” 15 aprel 1993-cü il tarixli sərəncam ləğv edildi.

 

Bununla da azad sözün və demokratik medianın inkişaf yolundakı bütün əngəllər aradan qaldırıldı.

 

1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuat sahəsində demokratik prinsiplərin daha da möhkəmlənməsinə xidmət etdi. Bu sənəd bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına və yeni mətbuat orqanlarının daha asan qeydiyyatına imkan yaratdı.

 

XXI əsrin ilk illərində mətbuatımızın inkişafı üçün atılan addımlar

 

Ümummilli lider Heydər Əliyevin mətbuatla bağlı xüsusi konsepsiyası vardı. O çalışırdı ki, ölkənin demokratikləşməsi yolunda əsas sahələrdən biri də mətbuat olsun. Bu istək davamlı fəaliyyətlə həyata keçirilirdi.

 

2000-ci ilin martında imzalanan sərəncamla “2000-2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiqləndi. Həmçinin Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, onun yerinə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.

 

Müstəqilliyin ilk illərində müstəqil mətbuatın ayaqda qalması asan deyildi. Reklam bazarının zəifliyi səbəbindən qəzetlərin “Azərbaycan” nəşriyyatına 450 min ABŞ dolları məbləğində borcu yığılmışdı. Bu problemi dərindən araşdıran Heydər Əliyev məsələyə dərhal müdaxilə etdi və qəzetlərin borcu donduruldu.

 

2003-cü il martın 15-də isə Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Nəzərə alaq ki, bu addımın azad mətbuatın inkişafında xüsusi rolu var. 22 ildən çoxdur davam edən fəaliyyəti müddətində Mətbuat Şurası jurnalistikanın inkişafında önəmli rol oynamağı bacarıb.

 

Bütün bunlarla yanaşı, milli mətbuatın yubileylərinin geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, jurnalistlərin fəxri adlarla təltif olunması və sosial müdafiəsinin gücləndirilməsi müstəqilliyimizin ilk 10 ilində həyata keçirilən davamlı tədbirlərdən sadəcə bir neçəsidir.

 

İlham Əliyevin prezidentliyi dövründə media azadlığı və hüquqi islahatlar

 

Demokratik və sivil dövlət quruculuğuna sadiqliyini əyani şəkildə sübut edən Azərbaycan Prezidenti İlham Əliyevin mediaya xüsusi yanaşması hər zaman göz önündə olub. Onun həyata keçirdiyi siyasət birbaşa müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edir. Azərbaycan hökuməti söz və mətbuat azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı üçün bütün zəruri addımları atıb və atmağa davam edir.

 

2005-ci ildə milli mətbuatın yaranmasının 130 illiyi ilə əlaqədar 140-dan artıq mətbuat işçisi Prezidentin sərəncamı ilə fəxri adlara və digər mükafatlara layiq görüldü. Həmin dövrdə dövlət başçısının təşəbbüsü ilə “Əməkdar jurnalist” fəxri adı da bərpa edildi.

 

Azərbaycan Prezidentinin 8 fevral 2006-cı il tarixli sərəncamı isə mətbuat üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu sənədə əsasən, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan bütün borcları tamamilə silindi. Bu, azad sözün inkişafına böyük dəstək və stimul oldu.

 

Prezident İlham Əliyev, ümumiyyətlə, media azadlığının təmin olunması və hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət yürüdüb. 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” qanun vətəndaşların informasiyaya çıxış hüququnu genişləndirdi. 2010-cu ildə qəbul edilən “Elektron media haqqında” qanun isə müasir texnologiyaların tətbiqi ilə medianın daha çevik və effektiv fəaliyyət göstərməsinə imkan yaratdı.

 

Prezident İlham Əliyev fəaliyyət dövrü ərzində Azərbaycan mətbuatının ən güclü dəstəkçisi olub. Qəzetlərin borclarının silinməsi ilə yanaşı, onlara davamlı olaraq maliyyə yardımları ayrılıb. Məsələn, 16 iyul 2018-ci il tarixli sərəncamla ölkədə nəşr olunan qəzetlərə dövlət tərəfindən böyük maliyyə dəstəyi göstərildi.

 

MEDİA-nın Azərbaycan mətbuatının inkişafındakı rolu

 

Təbii ki, dəyişən zaman və texnoloji mühit digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də islahatları zəruri edirdi. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı bu baxımdan çox əhəmiyyətli bir addım oldu. Bu fərman əsasında Medianın İnkişafı Agentliyi (MEDİA) publik hüquqi şəxs kimi yaradıldı. MEDİA müasir dövrün çağırışlarına uyğun şəkildə mətbuat sahəsində çevik və effektiv fəaliyyət göstərməyə başladı.

 

Bununla yanaşı, sonrakı dövrdə “Media haqqında” yeni Qanun qəbul edildi. Bu qanun müasir tələbləri və beynəlxalq hüquqi standartları nəzərə almaqla hazırlanaraq və milli mətbuatın davamlı inkişafını təmin etmək məqsədi daşıyır.

 

MEDİA qısa müddətdə ölkə mətbuatında islahatların dərinləşdirilməsi istiqamətində bir sıra uğurlara imza atdı. Medianın institusional formada gücləndirilməsi, jurnalistlərin peşə vərdişlərinin təkmilləşdirilməsi, maliyyə dəstəyinin şaxələndirilməsi bu fəaliyyətin əsas istiqamətləri oldu.

 

Mətbuata göstərilən bu sonsuz diqqət və qayğı cavabsız qalmadı. Məhz bu yüksək dəstəyin nəticəsidir ki, Prezident İlham Əliyev üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

 

44 günlük müharibə və milli mətbuatın mövqeyi

 

44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycan mətbuatı sözün əsl mənasında müsəlləh əsgər kimi dövlətin, ordunun və Ali Baş Komandanın yanında dayandı. Hərbi-siyasi sahədə əldə edilən uğurlar ideoloji sahədə də medianın fəaliyyəti ilə ən yüksək səviyyəyə çatdırıldı.

 

Mətbuat-hakimiyyət münasibətlərində milli maraqlara əsaslanan qarşılıqlı inam və etimad formalaşdı. Bu birlik və həmrəylik nəticəsində Azərbaycan mətbuatı xalqımızın operativ şəkildə doğru informasiyaya çıxışını təmin etdi. Nəticədə feyk məlumatların informasiya məkanımızda yayılmasının qarşısı alındı.

 

150 illik şərəfli inkişaf yolu

 

Azərbaycan milli mətbuatının 150 illik tarixi sadəcə bir peşə sahəsinin inkişaf salnaməsi deyil, həm də xalqımızın maariflənmə, milli özünüdərk və dövlət quruculuğu yolunda keçdiyi böyük tarixi yolun göstəricisidir. 1875-ci ildə “Əkinçi” ilə başlanan bu yol, bu gün müstəqil, güclü Azərbaycanın informasiya mühitində uğurla davam etdirilir.

 

Həsən bəy Zərdabinin milli ruhla qələmə aldığı “Əkinçi” qəzeti o dövrün milli oyanışına təkan verdiyi kimi, bu gün də onun qoyduğu təməl prinsiplər müasir Azərbaycan mediasının ideya dayaqlarından biri olaraq qalır. Əldə etdiyimiz uğurlar göstərir ki, milli mətbuatımız yalnız keçmişin mirası deyil, həm də gələcəyə aparan güclü bir vasitədir.

 

Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan mətbuatı təkcə hüquqi və maddi-texniki baxımdan deyil, həm də institusional və ideoloji baxımdan daha da güclənib. Mətbuat sahəsində atılan hər addım medianın inkişafına, informasiya təhlükəsizliyinə və milli maraqların qorunmasına xidmət edir.

 

44 günlük Vətən müharibəsində və postmüharibə dövründə milli mətbuatın göstərdiyi birlik, vətənpərvərlik və peşəkarlıq bir daha sübut etdi ki, Azərbaycan mediası bu gün təkcə məlumat daşıyıcısı deyil, həm də milli iradənin, ideoloji gücün və ictimai həmrəyliyin önəmli dayağıdır.

 

Bu gün Azərbaycanın milli mətbuatı 150 illik yubileyini dövlət və xalqın birgə bayramına çevirməklə həm tarixi mirasına sahib çıxır, həm də gələcək nəsillərə örnək olacaq bir jurnalistika mədəniyyətini yaşadır. Qarşıda duran vəzifə isə bu ənənəni qorumaq, inkişaf etdirmək və müasir dünyanın çağırışlarına uyğun şəkildə daha da gücləndirməkdir.

 

Anar Tahirov,

 

Bizim.Media-nın baş redaktoru


Oxunub: 655
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:58 | Şiddətli yağışlarla bağlı XƏBƏRDARLIQ
    Bu gün, 07:57 | Bakının bu ərazilərində qaz olmayacaq
    Bu gün, 07:55 | Bu 7 ərzaq qaraciyəri gücləndirir
    Dünən, 20:10 | İcra başçısı bir qrup vətəndaşın müraciətini dinləyib
    Dünən, 20:06 | DTX rəisi: "Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması ciddi təhdiddir" - FOTO
    Dünən, 20:05 | "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    Dünən, 20:01 | Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
    Dünən, 19:58 | Fərid Şahbazlı: "Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətləri də bu strategiyanın mühüm dayağıdır"
    Dünən, 16:47 | QAİ-dən Ermənistanın əsassız iddialarına sərt reaksiya
    Dünən, 15:38 | Bakıda qəzadan sonra baş verən yanğının - Anbaan videosu
    Dünən, 15:36 | 25 min koreyalı Rusiya üçün “Şahid” yığır
    Dünən, 15:32 | Prezident və xanımı Şamaxıda açılışda...
    Dünən, 15:24 | Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan
    Dünən, 15:09 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 15:08 | ABŞ-İran münaqişəsi regional nizamı dəyişdi - Arakçı
    Dünən, 14:14 | Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
    Dünən, 14:13 | Ramiz Mehdiyev məhkəməyə getmək istəmir
    Dünən, 14:11 | MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    Dünən, 13:56 | Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
    Dünən, 13:54 | Bakıda dayanacaqlarda insan seli... - Video
    Dünən, 13:07 | "Kontakt Home"un ENDİRİM fırıldağı məhkəmədə ifşa olundu - TƏFƏRRÜAT
    Dünən, 13:05 | Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
    Dünən, 13:03 | 35,3 min şəxsə əlillik təyin olundu
    Dünən, 08:14 | Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB
    Dünən, 07:57 | Yenə işıq olmayacaq
    Dünən, 07:56 | "Levante" - "Atletik" matçı leysana görə təxirə salındı
    Dünən, 07:54 | Yuxu hormonu çatışmayanlar xərçəng ola bilər
    16-09-2026, 22:53 | Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
    16-09-2026, 22:04 | Meşədə bitən “qırmızı xəzinə” - Payızın ən faydalı meyvələrindən biri
    16-09-2026, 22:02 | Sabah yola çıxanların NƏZƏRİNƏ
    16-09-2026, 22:00 | Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq
    16-09-2026, 21:32 | KƏND MƏKTƏBLƏRİNDƏ KƏSKİN AZALMA, BAKI MƏKTƏBLƏRİ İSƏ... - Demoqrafik disbalans təhsil sisteminə necə təsir edir?
    16-09-2026, 21:26 | Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
    16-09-2026, 21:24 | Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
    16-09-2026, 21:04 | Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
    16-09-2026, 20:38 | Qazaxda aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
    16-09-2026, 20:35 | BAKINI BOŞALTMAĞIN YOLU BUNDAN KEÇİR... - "Bunu 25-30 ilə reallaşdırmaq mümkündür"
    16-09-2026, 20:32 | Suraxanı sakinlərinin şikayəti: Asfaltsız yollar və zibillənmiş futbol meydançası - VİDEO
    16-09-2026, 20:28 | Hakim "Turan Tovuz"a qarşı səhv qərar verib! - AFFA rəsmisi açıqladı + Video
    16-09-2026, 20:19 | Azərbaycanda birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu - RƏSMİ - VİDEO
    16-09-2026, 18:04 | Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO
    16-09-2026, 18:03 | Təhlükəli arıqlama məhsulları aşkarlandı
    16-09-2026, 18:01 | Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
    16-09-2026, 17:57 | Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
    16-09-2026, 17:55 | Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
    16-09-2026, 16:11 | Veteranlara şad xəbər - 400 manat...
    16-09-2026, 16:10 | Baş nazirdən Qarayazı Dövlət Təbiət Qoruğu ilə bağlı qərar
    16-09-2026, 15:48 | ABB partnyorları ilə görüş
    16-09-2026, 15:30 | Ukrayna ordusu irəliləyir, sərhədi keçdi - Fotofakt
    16-09-2026, 14:30 | ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.