Azərbaycanda nəqliyyat sahəsi üzrə biznes kredit portfeli böyüyüb
Mediaxeberleri.Az bu barədə Mərkəzi Bankdan məlumat əldə edib. Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 20 milyon manat (1,4%), ötən ilin eyni dövrü ilə nisbətdə isə 157 milyon manat (11,7%) böyüyüb. Qeyd edək ki, nəqliyyat sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin mayın 1-nə 1,475 milyard manat, ötən ilin iyunun 1-nə isə 1,338 milyard manat təşkil edib.
Bu ilin iyunun 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsinə verilmiş biznes kredit portfeli 1,495 milyard manat təşkil edib.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: