FIFA klublararası dünya çempionatı: "Çelsi" finalda PSJ-ni darmadağın etdi, turnirin qalibi oldu
Bu gün FIFA klublararası dünya çempionatına yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda oynanılan final görüşündə İngiltərənin "Çelsi" klubu ilə UEFA Çempionlar Liqasının son qalibi, Fransa təmsilçisi PSJ üz-üzə gəliblər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. "Çelsi" 3 cavabsız qolla rəqibini darmadağın edərək turnirin qalibi olub. Qolları iki dəfə fərqlənən Koul Palmer və Joao Pedro vurublar - 3:0.
Oxunub: 50
Xəbəri paylaş
Paylaş: