Elşən İbrahimov Rusiyadan deportasiya olundu - YENİLƏNDİ
Moskva vilayətindəki Azərbaycan diasporunun (Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin) rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunub. Diaspor rəhbəri Şeremetyevo hava limanından Aeroflot hava yollarına məxsus Moskva-Bakı reysi ilə Bakıya yola düşüb. Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib. *** 09-07-2025; 20:46 Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur. Elşən İbrahimov hazırda Şeremetyevo aeroportunda olduğunu və Rusiyadan deportasiya olunduğunu təsdiqləyib. O bildirib ki, “Aeroflot” hava yollarının axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır. Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.