Ərdoğandan gözlənilməz qərar: Altun getdi, yerinə...
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun vəzifəsindən azad olunub. Mediaxeberleri.Az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq sərəncam imzalayıb. Digər sərəncamla, xarici işlər nazirinin müavini Burhanəddin Duran Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin yeni rəhbəri vəzifəsinə gətirilib. Fəxrəddin Altun isə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun İdarə Heyətinin sədri təyin olunub.
Oxunub: 80
Xəbəri paylaş
Paylaş: