Sabah şimşək çaxacaq, dolu düşəcək
İyulun 10-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə Mediaxeberleri.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: