202 nömrəli uşaq bağçasında ciddi nöqsanlar aşkar edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 202 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq aparıb. İdarədən Mediaxeberleri.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib. "Müəyyən edilmiş nöqsanlara əsasən, bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır", - məlumatda bildirilir.
Oxunub: 57
Xəbəri paylaş
Paylaş: