Bakı-Balakən qatarının hərəkət qrafiki dəyişdi
Azərbaycan Dəmir Yolları QSC (ADY) dəmir yollarında aparılan təmir səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edib. Bu barədə Mediaxeberleri.Az-a ADY-dən bildirilib. Belə ki, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb. Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.
Oxunub: 278
Xəbəri paylaş
Paylaş: