Şəhid ailəsinə baş sağlığı verildi
Allah rəhmət eləsin."Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Şəhid Fərid Nəbiyevin atası Qazax Rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjanti Kamran İmran oğlu Nəbiyevin faciəli və vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə üzvlərinə, doğmalarına dərin hüznlə başsağlığı verirlər. Allah rəhmət eləsin.
P.S.Qeyd edək ki, Kamran Nəbiyevin oğlu Fərid Nəbiyev 2023-cü il sentyabr ayının 20-si Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi qulluqçusu Fərid Nəbiyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.