Klublararası dünya çempionatı: PSJ "Bavariya" ilə, "Borussiya Dortmund" "Real Madrid"lə üz-üzə
FIFA klublararası dünya çempionatında yarımfinala yüksələn növbəti komandalar bəlli olacaq. Mediaxeberleri.Az xəbər verir ki, dörddəbir final mərhələsinin son oyun günündə iki görüş keçiriləcək. PSJ "Bavariya" ilə, "Borussiya Dortmund" isə "Real Madrid"lə qarşılaşacaq. Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyun günündə qalib gələn "Fluminense" və "Çelsi" klubları yarımfinala yüksəliblər. Klublararası dünya çempionatı Dörddəbir final mərhələsi 5 iyul Saat 20:00, PSJ - "Bavariya". 6 iyul Saat 00:00, "Real Madrid" - "Borussiya Dortmund".
Oxunub: 524
Xəbəri paylaş
Paylaş: