Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır

Son xəbərlər :
  • “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
  • Millimizdən dünya çempionatında böyükhesablı qələbə
  • Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
  • Məşhurlar ən çox bu kokteyli içir
  • Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
  • Çay içənlərə XƏBƏRDARLIQ
  • 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
  • Zeytun Festivalının açılışı olub - Foto
  • “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
  • Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
  • U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
  • Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
  • Bu şəxslər təyyarədən pulsuz istifadə edəcək
  • İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
  • Kartdan-karta pul köçürənlərə vacib xəbər - Foto
  • Pezeşkian Moskvaya gedir: 27 oktyabrda nə baş verəcək?
  • Payızda bu qidaları süfrənizdən əskik etməyin
  • Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi -
  • “Barselona” “Real”la matça necə hazırlaşır?
  • Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

  • Tarix: 28-06-2025, 17:26

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində 5 soydaşımızı qətlə yetirilib, onlarla insan saxlanılıb. Rusiya hüquq-mühafizə orqanları iddia edir ki, “keçirilən əməliyyat” keçmiş illərdə baş vermiş cinayət işinin araşdırılması məqsədi” daşıyır.

Sual yaranır: keçmiş illərdə baş vermiş hansısa cinayətə görə niyə azərbaycanlıların mənzillərinə birbaşa hücumlar edilir, niyə hüquq-mühafizə orqanları basqın etdiyi mənzildə iki soydaşımızı qətlə yetirir, daha üçü aldığı xəsarətlərdən sonra xəstəxanada dünyasını dəyişir? Bütün bunlar niyə məhz indi baş verir?

Rusiyanın əməliyyatın əsası kimi göstərdiyi cinayət işi 2001-ci ildə Səfərovlar qardaşlarının kafesində baş verib. Bu cinayət işi ilə bağlı istintaq illər öncə aparılıb. 24 ildən sonra FSB bir gecədə hərəkətə keçir, Səfərovların mənzillərinə basqın edərək, onları qətlə yetirir, ardınca 50-dən çox azərbaycanlı zorakılığa məruz qalaraq, saxlanılır. Aydın görünür ki, məsələ hansısa “cinayət işi”nin araşdırılması yox, azərbaycanlılara qarşı zorakı hücumların birbaşa hüquq-mühafizə orqanları səviyyəsində aparılmasıdır və bunu ilk növbədə Rusiyada son illər miqrantlara və qeyri-ruslara qarşı şovinist, diskriminasiya, milli ayrı-seçkilik siyasətinin tərkib hissəsi kimi qiymətləndirə bilərik.

Hücumun məhz indi baş verməsinin arxasındakı iki məqsəd aydın görünür.

Birincisi, miqrantların və qeyri-rusların Ukrayna müharibəsində “top yemi” kimi istifadə edilməsi, buna qarşı çıxanların cəzalandırılmasıdır.

İkincisi, soydaşlarımıza hücumlar üzərindən Azərbaycana qarşı təzyiq etməkdir.

Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı işğal müharibəsində yüz minlərlə itki verdiyi sirr deyil. Bu itkilər Rusiya daxilində ictimai narazılığa səbəb olmaqla yanaşı, cəbhədə canlı qüvvə qıtlığı da yaradıb. Rusiya rəhbərliyi həm rusların narazılığını səngitmək, həm də canlı qüvvə itkilərini kompensasiya etmək üçün miqrant və qeyri-rus əsilli vətəndaşların müharibəyə cəlb edilməsi istiqamətində addımlarını genişləndirib. Bunu gizlətmirlər də.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin may ayında verdiyi açıqlama bunun rəsmi etirafı idi. Bastrıkin bildirir ki, Rusiya vətəndaşlığını almış 20 min nəfər Ukraynada döyüş bölgəsinə göndərilib.

- “Hərbi istintaq idarəmiz reydlər keçirir. Cəbhə bölgəsinə getmək istəməyən, hətta hərbi komissarlığa gəlmək istəməyən 80 min Rusiya vətəndaşını saxlamışıq, onları hərbi qeydiyyata almışıq və artıq 20 min gənci cəbhə bölgəsinə göndərmişik”.

(https://www.dw.com/ru/protiv-ukrainy-vouut-20-tysac-naturalizovannyh-rossian/a-72615763).

Məlumatlara görə, Rusiya hüquq-mühafizə orqanlarının mütəmadi olaraq keçirdiyi reydləri zamanı vətəndaşlığı olan miqrantlara çağırış vərəqəsi verilir və ya saxlanılaraq, birbaşa hərbi komissarlığa aparılır. Bəzi hallarda vətəndaşlığa qəbul edilmiş şəxsləri Rusiya pasportlarından məhrum etməklə və ölkədən çıxarmaq təhdidi ilə müqavilə bağlamağa məcbur edirlər. Aleksandr Bastrıkin 2024-cü ilin iyun ayında verdiyi açıqlamada bildirirdi ki, “bu yaxınlarda Rusiya vətəndaşlığını almış və hərbi xidmət üçün qeydiyyatdan keçməmiş 30 mindən çox əcnəbi saxlanılıb, onlardan 10 minə yaxını cəbhəyə göndərilib”.

Ekstremizmin monitorinqini apara Sova Araşdırma Mərkəzinin məlumatları da Rusiyada qeyri-ruslara qarşı irqi zorakılığın şiddətləndiyini təsdiq edir. Mərkəzin hesabatında qeyd olunur ki, 2023-cü ildən sonra Rusiyada nifrət cinayətləri və irqi zorakılıq halları kəskin artıb. Zorakılıq etniklərə, xüsusilə Mərkəzi Asiya və Qafqazdan gələnlərə, bir sözlə, qeyri-slavyan görünüşü olan şəxslərə qarşıdır.

(https://www.globaldetentionproject.org/russia-weaponising-immigration-policies-to-push-migrants-into-war-and-launching-a-new-expulsion-regime).

Bu zorakılıq birbaşa Rusiya rəhbərliyi tərəfindən idarə olunur və əsas məqsəd miqrantları, qeyri-rus əsilli vətəndaşları müharibəyə cəlb etməkdir. Bu məqsədlə müxtəlif yollara əl atılır. “Novaya qazeta” yazır ki, bir gecədə 3000 miqrant saxlanıldıqdan sonra onlarla görüşə ilk növbədə hərbi komissarlıqların nümayəndələri gəldi və bəyan etdilər: “Vətəndaşlığı olmayan şəxslər orduya qoşularlarsa, onlara Rusiya pasportları veriləcək, bundan imtina edərlərsə, bütün ailələri deportasiya olunacaq və miqrasiya qanunlarını pozduqları üçün cinayət işi açılacaq”.

Rusiya “Miqrant ordusu” yaratmaq üçün həm qanunvericilik müstəvisində addımlar atır, həm də qeyri-qanuni müstəvidə.

- 2024-cü ildə Dövlət Dumasına təqdim olunan qanun layihəsində qeyd olunur ki, yeni vətəndaşlıq almış şəxslər iki həftə ərzində hərbi qeydiyyatdan keçməsələr, vətəndaşlıqları ləğv olunmalıdır.

- Saxlanılan miqrantlar və qeyri-rus vətəndaşlara qarşı cəbhəyə getməyə razı salınması məqsədilə narkotika daşımaq və törətmədikləri cinayətlərlə bağlı ittihamlar irəli sürülür, həmçinin, ailə üzvləri və yaxınları ilə təhdid edilirlər.

Lakin hər şey bununla bitmir. Şantaj qarşısında müharibəyə getməyə razılaşan miqrantlar və qeyri-rus vətəndaşlar arasında Ukraynada “top yemi”nə çevrilməyənlər geri qayıtdıqdan sonra vəd olunan kompensasiyanı ala bilmir, əksinə yenidən cəbhənin fərqli istiqamətlərinə göndərilirlər.

(https://www.severreal.org/a/ili-na-voynu-ili-lishim-grazhdanstva-kak-migrantov-zastavlyayut-podpisyvat-kontrakty/33329136.html).

Yekaterinburqda azərbaycanlılara qarşı hücumun əsas motivlərindən biri məhz onları şantaj və təzyiq yolu ilə müharibəyə qoşulmağa məcbur etməkdir. Törətmədikləri cinayətlərdə ittiham olunmaları da bundan qaynaqlanır.

Motivlər arasında Rusiyanın son dövrlər Azərbaycana qarşı təzyiq-şantaj siyasəti də yer alır. Və biz məsələyə həm də ötən ilin 25 dekabrında Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsinin Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması kontekstində baxa bilərik. Baş vermiş bu dəhşətli cinayətlə bağlı rəsmi Bakının konkret tələbləri hələ də aktualdır.

- Rusiya AZAL-ın təyyarəsinin vurulmasına görə Azərbaycandan üzr istəməlidir;

- Təyyarənin vurulması faktını qəbul etməli, baş verən hadisə ilə bağlı cinayət işi açmalı, günahkarlar cəzalandırılmalıdır;

- Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.

Rusiya tərəfi təyyarənin vurulması faktını gizlətməyə çalışsa da, cinayəti ört-basdır edə bilmədi və bundan sonra Azərbaycanın təbələrindən imtina etməsi üçün təzyiq siyasəti də daxil olmaqla müxtəlif yollara əl atdı.

Həştərxanda keçirilən tədbirə dəvət olunan Milli Məclisin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmaması, Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumların təşkil olunması bu addımlar arasına daxil edilə bilər. Azərbaycanın öz haqlı mövqeyindən geri çəkilməsinə hesablanmış bu cəhdlər nəticə vermir.

Prezident İlham Əliyevin 9 mayda Moskva paradına getməkdən imtina etməsi də göstərdi ki, Azərbaycan dövləti üçün milli maraqlar hər şeydən üstündür. Mülki təyyarəmizin vurulmasını nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti unutmatıb. Və Rusiyanın məsələni ört-basdır etmək cəhdlərinə rəğmən, Azərbaycan təyyarə mövzusunu beynəlxalq müstəviyə daşıyaraq, baş vermiş hadisənin ədalətli araşdırılmasına, günahkarların cəzalandırılmasına, müvafiq kompensasiyanın ödənilməsinə nail olacaq. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun 17-də Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun regional direktoru Nikolas Rallo ilə keçirdiyi görüşdə AZAL təyyarəsinin vurulması məsələsini müzakirə edilməsi də bunu deməyə əsas verir.

Rusiyada Azərbaycanın məsələni beynəlxalq müstəvidə qaldırmasından narahat olanlar var. Təsadüfi deyil ki, Parisdə keçirilən görüşdən dərhal sonra Kremlə yaxın aparıcı Vladimir Solovyov Azərbaycana qarşı qondarma iddialarla hücuma keçdi.

Bu kontekstdə Yekaterinburqda azərbaycanlılara qarşı FSB tərəfindən soydaşlarımızın qətlə yetirilməsi ilə nəticələnən hücumların “24 il əvvəl baş vermiş hansısa cinayətin” araşdırılması yox, Rusiya rəhbərliyinin birbaşa göstərişi ilə məqsədyönlü şəkildə atılan addım olduğunu deyə bilərik.

Bütün bunların fonunda baş verənlər Rusiyanın düşdüyü bataqlıqdan çıxmaq cəhdlərindən də qaynaqlanır.

a) Etnik və dini zəmində diskriminasiyanın şiddətlənməsi Rusiya rəhbərliyinin müharibədən sonra daxili ictimaiyyətin diqqətini yayındırmaq, yaranmış problemlərin “günahkarı” kimi qeyri-rusları göstərmək planıdır: bununla ictimai qəzəbi fərqli istiqamətə yönəltməyə çalışırlar;

b) Rusiyada digər xalqlara qarşı şovinizm həmişə mövcud olub, lakin indi bunun körüklənməsi, artıq müsəlmanlara qarşı da yönəlməsi xristian millətçiliyinin önə çıxması və islamafobiyanın alovlanması deməkdir: təkcə Rusiyaya gedən müsəlmanlar yox, bu ölkədə yaşayan müsəlman əhali də islamafobiyanın hədəfinə çevrilir;

c) Ukrayna bataqlığından çıxa bilməyən Rusiyada hakim dairələrin həmişə yararlandığı şovinizmi “diri” saxlamaq üçün “fərqli düşmən” axtarışları aparılır;

ç) Rusiya Ukrayna müharibəsinin başlanmasından sonra mövqeləri ciddi şəkildə zəifləmiş Cənubi Qaqaza qayıtmağa çalışır, son dövrlər müşahidə edilən proseslər bu kontekstdə təsadüfi deyil.

- Ermənistanda Azərbaycana qarşı revanşizm ideyaları gücləndirilir və məhz bu ideyalar üzərində siyasi keryera qurmuş keçmiş “Qarabağ klanı” – Robet Koçaryan, Serj Sarkisyan və dəstələrinin aktivləşməsi bu prosesin tərkib hissəsidir.

- Azərbaycana qarşı qondarma “Qarabağ iddiaları” Ermənistandakı revanşistlərlə yanaşı, Rusiyada da müxtəlif səviyyələrdə aktuallaşdırılır;

Hədəf Azərbaycan-Ermənistan arasında yeni müharibəni körükləmək, Bakı-İrəvan xəttində mövcud sülh gündəliyini arxa plana keçirmək və Rusiyanın klassik “hakim” rolunu yenidən qaytarmaqdır. Azərbaycanlılara qarşı hücum bütün bu planın istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.


Oxunub: 428
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    Dünən, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    Dünən, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    Dünən, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    Dünən, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    Dünən, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    Dünən, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    Dünən, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    Dünən, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    Dünən, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    Dünən, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    Dünən, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Dünən, 19:06 | Bu şəxslər təyyarədən pulsuz istifadə edəcək
    Dünən, 19:03 | İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
    Dünən, 18:59 | Kartdan-karta pul köçürənlərə vacib xəbər - Foto
    Dünən, 18:42 | Pezeşkian Moskvaya gedir: 27 oktyabrda nə baş verəcək?
    Dünən, 18:35 | Payızda bu qidaları süfrənizdən əskik etməyin
    Dünən, 18:32 | Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi -
    Dünən, 18:30 | “Barselona” “Real”la matça necə hazırlaşır?
    Dünən, 18:29 | Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia
    Dünən, 18:24 | Azərbaycana xarici investisiya qoyuluşu kəskin artıb
    Dünən, 18:06 | Rusiya-Ukrayna müharibəsində sülhdən sonra nə olacaq?
    Dünən, 18:04 | Sərhədimizdə qanunsuz ağac kəsən ermənilərə protokol yazıldı
    Dünən, 15:45 | Davada öldürülən Ceyhunun qızına bu gün elçi gələcəkmiş
    Dünən, 15:40 | Misli Premyer Liqası: “Şəfa” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u qəbul edir
    Dünən, 15:24 | Qəbələdə ağır qəzada xəsarət alanların son durumu - Video
    Dünən, 15:21 | Dilarə Əliyevaya vəzifə verildi
    Dünən, 15:17 | Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır - Təhsildə yeni təhlükə
    Dünən, 15:14 | Zığda yaşayış binasında yanğın söndürüldü
    Dünən, 14:10 | QIŞDA HANSI ƏRZAQLAR BAHALAŞACAQ? – Ərzaq qiymətləri ilə bağlı AÇIQLAMA
    Dünən, 14:07 | Avropadan Azərbaycana axın başladı - SƏBƏB BU İMİŞ…
    Dünən, 13:47 | RAYONLARA DÖVLƏT DOTASİYASI TAM KƏSİLDİ – Xərclər necə qarşılanacaq?
    Dünən, 13:42 | Salyan rəsmən XARABA GÜNƏ QALIB - Rüstəm Xəlilovun "SƏNƏT ƏSƏRİ"...
    Dünən, 13:35 | Sabah yağış yaşacaq, külək əsəcək - HAVA PROQNOZU
    Dünən, 13:30 | Bakıda tarixi futbol turniri: 1000-ə yaxın oyun keçiriləcək
    Dünən, 13:26 | Arzuxan Əlizadənin oğlu haqda açıqlama: “Əhməd elə oğlan deyil”
    Dünən, 13:22 | Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
    Dünən, 13:11 | BURA RƏHBƏR TƏYİN ETMƏK... NƏ ÇƏTİN MƏSƏLƏDİR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
    Dünən, 13:00 | Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
    Dünən, 12:56 | Azərbaycan neftinin qiyməti 126 dolları ötüb
    Dünən, 12:54 | Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
    Dünən, 12:51 | Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
    Dünən, 12:44 | Abşeronda yağışdan sonra yolu su basdı - VİDEO
    Dünən, 12:40 | NAZİR YENİ SOSİAL PAKETİN ANONSUNU VERDİ... – Pensiya və maaşlar nə qədər arta bilər?
    Dünən, 12:36 | Bakıda deputat Arzuxan Əlizadənin oğlunun qətl törətdiyi yerdən görüntülər - Foto
    Dünən, 12:03 | Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Dünən, 12:02 | Rafiq Rüstəmov Cəlilabad bələdiyyəsinə sədr seçildi
    Dünən, 11:55 | Bu maşınlarla yola çıxmayın! – DYP-dən xəbərdarlıq
    Dünən, 11:53 | Qətl baş verən davada bu məşhurun oğlu da iştirak edib
    Dünən, 11:52 | Bakıda kafedə kütləvi dava: ölən var - Anbaan video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.