26 İyun - Silahlı Qüvvələr Günündə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri təşkil olunacaq
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Hərbi qulluqçular iyunun 26-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər: Bakı şəhəri üzrə: * Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi; * Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli; * Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı; * “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti; * Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi; Gəncə şəhəri üzrə: * Nizami Gəncəvi küçəsi (Bayraq meydanının qarşısı) - Heydər Əliyev küçəsi - Sabir küçəsi - Atatürk küçəsi; Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə və prospektləri.