Kamran Əliyev SƏKKİZ RAYONA yeni prokuror təyin etdi
Mediaxeberleri.Az-ın məlumatına görə, Səadət Rüstəmova Qobustan, Nazim Babayev Qəbələ, Ceyhun Almasov Yevlax, Ramin Hüseynov Göyçay rayonuna prokuror təyin olunub. Beyləqan, Ağstafa və Yardımlı rayonlarına yeni prokurorlar təyin edilib. Mediaxeberleri.Az-ın məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev əmrlər imzalayıb. Baş prokurorun əmrləri ilə Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elşad Əzimov Beyləqan rayon prokuroru vəzifəsinə təyin edilib. Kamran Əliyevin digər əmri ilə Fəxri Vahid oğlu Məmmədov Yardımlı rayonuna prokuror təyin edilib. Baş prokurorun daha bir əmri ilə Anar Cəfərov 2-ci səlahiyyət müddətinə Ağstafa rayon prokuroru vəzifəsinə təyin olunub. Ağdam rayon prokuroru ikinci səlahiyyət müddətinə təyin olunub. Mediaxeberleri.Az-ın məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə Vasif Süleymanov ikinci səlahiyyət müddətinə Ağdam rayon prokuroru təyin edilib.Baş prokuror Kamran Əliyevin əmrləri ilə daha dörd rayona prokuror təyin edilib.