Həbsdə olan qardaşlarla bağlı qərar çıxarıldı
Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Rəvan və Kənan Rufullazadə qardaşları, eləcə də soyğunçuluqda ittiham olunan Laçın Nuralının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: Təqsirləndirilən şəxslər mağazaya girərək soyğunçuluq və quldurluq ediblər. Onlar təxminən 300 manatdan çox siqaret aparıblar.
Kənan Rufullazadəyə qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Rəvan Rufullazadəyə qarşı 180.2.1-ci (soyğunçuluq), 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və Laçın Nuralıya qarşı 180.2.1-ci (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Rufullazadə 7 il 6 ay 29 gün, onun qardaşı Rəvan Rufullazadə 7 il 6 ay və Laçın Nuralı isə 3 il müddətinə azadlıqdan məhrum edilib.