Ağstafada şagirdlər arasında dava - Birinin qolu sındı
Mediaxeberleri.Az xəbər verir ki, hadisə mayın 22-si günorta saatlarında rayonun Köçəsgər kənd 2 saylı tam orta məktəbində baş verib. Məktəbin 8-ci və 9-cu sinif şagirləri arasında dərs vaxtı mübahisə olub və şagirdlərdən birinin qolu sınıb. Qolu sınan məktəbli xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib. Məlumata görə, insident məktəbdə idman dərsi vaxtı olub. Baş vermiş hadisə ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.
Ağstafada məktəblilər arasında dava düşüb.
Oxunub: 566
Xəbəri paylaş
Paylaş: