Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
  • Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
  • Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
  • Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
  • Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
  • 13-cü dəfə Avropa çempionu oldu - Foto
  • Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
  • Bu şəxslərin maaşının artırılması təklif olunur
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
  • Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
  • Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
  • Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
  • Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
  • Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
  • Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
  • Bakıda baş redaktor həbs edildi - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanda ilk: Tenderyard.com - Yeni internet platforma-marketpleys istifadəyə verildi

  • Tarix: 26-05-2025, 10:53

"TENDERYARD" MMC-nin təsisçisi, Amerikanın Miçiqan Ann Arbor Universitetinin məzunu, Kaliforniya Los-Anceles Universitetinin magistrantı Nicat Əliyev müsahibə verib. O təsis etdiyi platforma haqqında geniş məlumat verib.

- Nicat bəy, "Tenderyard" platformasının yaradılması ideyası və məqsədi haqqında oxucularımıza geniş məlumat verməyinizi istərdik.

- İlk öncə bildirmək istərdim ki, Tenderyard.com platforması dünyada mövcud olan analoji alış-satış platformalarının güclü və zəif tərəfləri təhlil edilərək (SWOT təhlil), alış və satış bazasını özündə birləşdirən bir marketpleys olaraq yaradılıb. Hazırda dünyada mövcud olan demək olar ki bütün analoji platformaların ideya məğzində satış bazasının formalaşdırılaraq təqdim olunması dayanır. Bu cür satış bazası bir çox hallarda öz alıcılarını tapmayan mal, məhsul və xidmətlərlə dolu olur. "Tenderyard" ideyasının yaranması və reallaşdırılması isə, alış istəkləri bazasının formalaşdırılaraq təqdim olunması məqsədlərinə xidmət edir. Klassik iqtisadi nəzəriyyəyə görə də, məhz tələb təklifi formalaşdırır. Bəli, biz anlayırıq ki, sonda bizim platforma da həm alış, həm də satış bazasını özündə cəmləşdirəcək. Amma ideyamızın ilkin fəlsəfəsində məhz alıcıları bir platformada cəmləşdirmək istəyi dayanır. Həmçinin, hazırkı bazarda insanlarımızın hər cür alış ehtiyaclarını qarşılayan vahid, universal platformanın olmaması, insanlarımızın həmin məqsədlə bazarda mövcud olan müxtəlif platformaların axtarış sistemlərində günlərlə vaxt itirərək gəzişmələrinə səbəb olurdu. Bu baxımından, "Tenderyard" özündə insanlarımızın sadəcə satış deyil, mal-material, daşınar və daşınmaz əmlak, xidmət, logistika, tikinti, hətta iş axtarışı kimi ən müxtəlif alış ehtiyaclarını da eyni məkanda, vasitəçisiz və sürətli şəkildə qarşılayacaq bir sistemə olan tələbatından doğdu. Komandamızın ikiillik gərgin zəhməti hesabına başa gəlmiş çoxfunksiyalı bir platformanı nəhayət ki istifadəyə təqdim etmək istəyirik. Platformamız, həm fiziki, həm də hüquqi şəxslər üçün universal bir bazar rolunu oynayır. Burada istənilən daşınan və daşınmaz əmlak, mal və məhsulların, xidmətlərin, o cümlədən, iş elanlarının "alış sorğusu" və "satış təklifi" formatında təqdim olunması imkanı mövcuddur.

- Digər mövcud onlayn platformalardan fərqli olaraq, "Tenderyard" hansı yenilikləri təqdim edir?

- Yuxarıda qeyd etdiyim kimi, platformamız aparılmış təhlillərin nəticəsi olaraq bir çox fərqlərə və üstünlüklərə malikdir. Birincisi, bildiyimiz kimi, hər birimiz gündəlik olaraq həm alıcı, həm də satıcı qismində çıxış edirik. İlk olaraq əsas fərqlərimizdən biri, yalnız satışa yönəlmiş deyil, eyni zamanda alış istəklərinin də sistemə daxil ediləbilmə imkanlarının mövcudluğudur. Bununla da, iki məlumat bazalı bir platforma qurmuş olduğumuzu vurğulamaq istərdim.

Digər fərqləndirici xüsusiyyətimiz, insanlarımızın öz istəklərinə uyğun daşınar və daşınmaz əmlakın, hər hansı bir malın, məhsulun, xidmətin, işin tapılması üçün ən müxtəlif platformaların axtarış sistemlərində günlərlə sərf etdikləri vaxt itkisinin qarşısının alınmasıdır. Platformaya tətbiq edilmiş ağıllı bildiriş sistemi sayəsində İstifadəçilər platformada alış sorğusu və ya satış təklifi yerləşdirdikdə, sistem avtomatik olaraq bu məlumatı təhlil edir və uyğun tərəflərə, yəni satıcı və alıcıya bazada onların istəklərini qarşılayacaq alıcı və ya satıcının olduğuna dair bildiriş göndərir. Məsələn, siz hər hansı bir xidmət axtarırsınızsa və bu xidmət artıq bazada varsa, sistem sizə mobil tətbiq və veb-profiliniz üzərindən real vaxt rejimində bildiriş göndərir. İstəklərinizi qarşılayacaq təkliflər hələ bazada yoxdursa, əlavə axtarışlara lüzum yoxdur, bu cür təkliflər bir müddət sonra belə bazaya düşdüyü anda, yenə də bildiriş alacaqsınız. Bununla da müxtəlif platformalarda axtarış üçün sərf edilən vaxt itkisinin qarşısı alınmış olur. Eynilə, bu funksiyanın mövcudluğu, insanlarımızın digər analoji elan saytlarında yerləşdirdikləri elanların "irəli" çəkilməsi, "VİP" edilməsi kimi xidmətlərinə görə ödədikləri lüzumsuz xərclərdən də azad etmiş olacaqdır. Belə ki, platformamızda yerləşdirilmiş elanlara görə alıcı və ya satıcının mövcudluğuna dair dərhal bildirişin alınması funksiyamız, elanın "irəli" çəkilməsini və ya "VİP" edilməsini əhəmiyyətsiz edir.

- Tətbiq və platforma üzərində başqa hansı texnoloji imkanlar var?

- Platformaya süni intellekt və data təhlilə əsaslanan imkanların inteqrasiyası istifadəçilər üçün ən uyğun, ən yaxın və ən sərfəli təkliflərin avtomatik olaraq müəyyənləşdirilməsinə imkan verir. Təkcə mətnlə deyil, hətta yalnız foto yükləməklə belə yaradılmış sorğu və ya təklif üzrə uyğun mal və məhsulun tapılması mümkündür. Əlavə olaraq, platformada telefon nömrəsi paylaşmadan belə istəklərinizi qarşılayan şəxslə yazılı və səsli mesaj, hətta görüntülü zənglərlə əlaqə qurmaq mümkündür.

- Yeri gəlmişkən, platformanın digər mal-material kimi, daşınan və daşınmaz əmlakın da alışı və satışına, kirayəsinə imkan verdiyini qeyd edirsiniz. Bu sahədə digər platformalardan fərqləndirici hansı xüsusiyyətlər var?

- Platformamızda daşınar və daşınmaz əmlakın satışını, alışını və ya kirayəsini həyata keçirənlər üçün ən vacib fərqləndirici xüsusiyyətlər aşağıdakılardır: Əvvəla, yenə də insanlarımızın günlərlə axtarışlara sərf etdikləri vaxtın qarşısı alınmış olur. Deyək ki, Bakı şəhərində hər hansı konkret binada mənzil almaq, satmaq və ya kirayələmək istəyirik. Bu zaman, alış sorğusu yaradarkən, həmin binanın lokasiyasını və ünvanını, həmçinin binanın zahiri görünüşünün şəklini qeyd etməklə (mənzillərin foto şəkilləri də əlavə edilməklə) sorğu və ya təklif yaradırıq. Bu zaman platformaya inteqrasiya edilmiş ağıllı sistem vasitəsilə məhz göstərilən binada mənzil almaq və ya satmaq, kirayəyə vermək və ya kirayəyə götürmək istəyən bir şəxsin olduğuna dair hər iki tərəfə dərhal bildiriş gəlmiş olur. Həmin bildiriş əsasında bu daşınmaz əmlakın görüntü və qiymət parametrlərinə dair məlumat əldə edilir, lazım gələrsə, tətbiq vasitəsilə mesajlaşılır, hətta əmlaka görüntülü zənglə ilkin baxış həyata keçirilmiş olur. Yeri gəlmişkən, bu cür funksionallıq insanlarımızı əmlak alışı, satışı, kirayəsi zamanı sərf etdikləri bir çox xərclərdən də azad etmiş olur.

- İş dünyası və iş axtaranlar üçün imkanlar nədən ibarətdir? Bu bölmə necə işləyir?

- Tamamilə eyni prinsiplə. Amma burada da sırf sahibkarlar, pərakəndə və topdansatış müəssisələri üçün də digər platformalardan fərqli funksionallıq düşünülüb. Digər platformalarda satış məqsədilə mal, məhsul və xidmətlər sistemə bir-bir daxil edilə bilirdisə, "Tenderyard" platformasında bütün mal, məhsul və xidmətlər sahibkarların uçot sistemində mövcud olan bütün mallar üzrə birdəfəlik, bir cədvəl olaraq, "Excel" formatında yerləşdirilərək, satış təklifi yaratmağa imkanı verir. Bir cədvəl üzrə yerləşdirilmiş mallara uyğun şəkillər isə, süni intellekt və digər tətbiq edilmiş ağıllı sistemlər vasitəsilə avtomatik olaraq, sistemə yüklənmiş olur. Sahibkarlar isə, sadəcə, daxil edilmiş mal adlarının sistem tərəfindən yüklənmiş fotolara uyğunluğunu yoxlayaraq təsdiq etməklə, satış təkliflərini yaratmış olurlar. Həmçinin sahibkarlar öz satdıqları mallara qoyduqları qiymətlərin də nə qədər rəqabətqabilliyyətli olduğunu platformamızdan istifadə etməklə müəyyən edə bilərlər.

Eynilə, hər bir satıcı sahibkar həm də satdığı malların alıcısı olduğu üçün, eyni mal, məhsul üzrə alış sorğusu da yarada bilərlər. Bu cür alış sorğusu, sahibkarlara mal alışları ən ucuz, ən sürətli və ən optimal təklifin müəyyən edilməsinə kömək edəcəkdir. Əslində bu cür funksionallıq sahibkarlar üçün tender elanları yerləşdirmək kimi də qəbul oluna bilər. Göründüyü kimi, plarformamızın adı da, hər kəsin daha ucuz və sərfəli alışını özündə ehtiva edən "tender" ifadəsilə əlaqələndirilib.

İş təklif edənlər və iş axtaranlara gəldikdə isə, müxtəlif bacarıqlara uyğun sorğu və ya təklif yerləşdirilə bilər. Sistem isə, uyğun tərəfləri bir-birinə real vaxtda yaxınlaşdırmaqla, həm iş tapmaq, həm də vakansiyaları daha tez doldurmaq üçün çevik bir həll yolu vermiş olur.

- Platformanın gələcək planları nələrdir?

Xüsusi olaraq qeyd etmək istərdim ki, "Tenderyard" komandası dünyada innovativ biliklər sahəsindəki yenilikləri daim izləyərək, bu yeniliklərin operativ tətbiqi istiqamətində addımlar atmaqdadır. Gələcəkdə "Tendeyard" platformasını biznes üçün sosial şəbəkəyə çevirmək planımız var. Hazırda bu istiqamətdə çalışmalarımız davam edir. Belə çalışmalarımızdan biri də istifadəçilər üçün sürətli həllər təqdim edən, süni intellekt əsaslı, platforma ilə söhbətləşə, suallara avtomatik cavab almağa imkan verən çat-botun yaradılmasıdır. Düşünürük ki, belə bir çat-bot gələcəkdə alış sorğusu və satış təkliflərinin səslə yaradılmasına, satış üzrə reklamların bütün platforma istifadəçilərinə avtomatik çatdırılmasına imkan verəcək. Eyni zamanda, daha çox süni intellekt əsaslı analitika sistemlərinin tətbiqi üzərində də işləyirik. İddialıyıq ki, insanlarımız, yaxın gələcəkdə digər internet əsaslı mesajlaşma-zəngləşmə sistemlərindən deyil, məhz komandamızın intellekti və təcrübəsi sayəsində yaradılaraq platformamıza tətbiq etdiyimiz mesajlaşma-zəngləşmə sistemindən daha çox yararlanacaqlar.

- Sonda oxucularımıza nə demək istəyərdiniz?

- Biz dünyada baş verən sürətli dəyişikliklərdən geri qalmayanların hər zaman öndə olacaqlarına inanırıq. Odur ki, bütün insanlarımızı, istər fiziki, istərsə də hüquqi şəxsləri, rəqəmsal dünyada rəqabət üstünlüyü əldə etmək istəyən hər kəsi yenicə istifadəyə verdiyimiz, sizə, vaxtınıza və pulunuza qənaət etdirən Tenderyard.com platformasından gündəlik olaraq faydalanmağa və müvafiq tətbiqdən istifadəyə çağırırıq.

https://tenderyard.com



Oxunub: 3 370
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Bu gün, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Bu gün, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Bu gün, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Bu gün, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Bu gün, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Bu gün, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Bu gün, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Bu gün, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Bu gün, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Bu gün, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Bu gün, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Bu gün, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Bu gün, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Bu gün, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Bu gün, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Bu gün, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Bu gün, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Bu gün, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Bu gün, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.