Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti məlum olub - YENİLƏNİB
Mayın 25-i saat 15:00 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 1991-ci il təvəllüdlü şəxs döş qəfəsinin sağ tərəfində açıq yara diaqnozu ilə hospitalizasiya olunub. APA-nın yerli bürosunun məlumatına görə, insident rayonda yerləşən kafelərin birində qeydə alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır, polis əməkdaşları insidentin baş verdiyi məkanda araşdırmalara başlayıb.
Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstəyə zəruri tibbi yardım göstərilib.
Onun vəziyyəti ağır qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
***
20:31
Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rayon sakini, 1991-ci il təvəllüdlü Cahangir Əlimərdanlı döş qəfəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.