Türkiyədə azərbaycanlı faciəvi şəkildə öldü: yaxınları axtarılır - Foto
Türkiyədə azərbaycanlı TIR sürücüsü faciəli şəkildə ölüb. Mediaxeberleri.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Rizə şəhərində qeydə alınıb. Azərbaycana məxsus 59 BG 176 dövlət qeydiyyat nişanlı TIR-ın naməlum sürücüsü yolu keçərkən onu maşın vurub. O, hadisə yerində dünyasını dəyişib. Mərhum faciəli ölümünün bəzi detalları məlumdur. O, idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında saxlayaraq, restoranda yemək üçün əks tərəfə keçmək istəyib. Hadisə də bu zaman baş verib. Qeyd edək ki, hazırda yuxarıda qeyd edilən dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün yaxınları axtarılır.
Oxunub: 82
Xəbəri paylaş
Paylaş: