Şahin Qurban: "Ay Bata -Batdı"
Sevimli şairimiz Şahin Qurbanın təcnisini təqdim edirik
Cana məlhəm olan dirilik suyu,
, ,Badamlı,, vətəni ay Bata-Batdı,
Mənzil uzaqdadır , şər də qarışır,
Ğünəş də qızarıb ay bata-batdı.
Dərd çəksən fikirdən qalacaq yarın.
Hələ ğözəl ğünlər ğələcək, yarın,
Mənlə düşmən olan indi o yarın
Xənçəri köksümə ay bata-batdı.
Zirvələr başını yenə qar alıb,
Ğöy üzü buluddu, yaman qaralıb,
Şahin, nədən yenə qanın qaralıb,
Ğəminmi dəryada ay bata-batdı.
Oxunub: 105
Xəbəri paylaş
Paylaş: