Qazaxda yük maşını qatarla toqquşub
Mediaxeberleri.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə “Ford” markalı yük maşını qatarla toqquşub. Nəticədə "Ford"un sürücüsü, 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qazaxda yük avtomobili ilə qatar toqquşub.
Oxunub: 164
Xəbəri paylaş
Paylaş: