Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?

Son xəbərlər :
  • Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
  • Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
  • Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
  • Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
  • Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
  • "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
  • Ukraynadan Rusiya ordusuna ağır zərbə
  • Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
  • Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
  • Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
  • “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
  • Millimizdən dünya çempionatında böyükhesablı qələbə
  • Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
  • Məşhurlar ən çox bu kokteyli içir
  • Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
  • Çay içənlərə XƏBƏRDARLIQ
  • 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
  • Zeytun Festivalının açılışı olub - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Gələcəyə işıqlı bir xatirə miras qoymaq

  • Tarix: 15-04-2025, 11:55

“Akademik Zərifə Əliyeva peşəkar həkim-mütəxəssis, ləyaqətli ziyalı, vəfalı ömür-gün yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxıb. O, həkim kimi insanlara nur və sağlıq bəxş edib, alim kimi savadlı, peşəkar mütəxəssislərin yetişməsində fəal rol oynayıb, mənəvi baxımdan isə gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün örnək ünvanlardan birinə çevrilib. Zərifə Əliyeva dünyada ilk dəfə olaraq, görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub.

Tibb sahəsinə gəldiyi çağdan peşəsini sevən və sevdirən bir imzaya çevrilib”.

Bugun.tv – xəbər verir ki, bu sözləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib.

“Xəstəyə xeyirxah, mərhəmətli münasibət həkim peşəsinin əsas mahiyyətidir. Həkimin gündəlik işi onu əhatə edən adamlara – hər şeydən əvvəl köməyə ehtiyacı olan adamlara müraciət formalarını öyrənməyi tələb edir”

– bu fikirlər Zərifə xanım Əliyeva məxsusdur. Onun sözləri peşəsinə olan vurğunluğunu sərgiləməklə bərabər ehtiva etdiyi insani dəyərlərə işıq salmaq baxımından əhəmiyyətlidir.

Zərifə Əliyeva oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayıb, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verib. Onun həyat yolu, ömür fəlsəfəsi də çoxşaxəli və zəngin səciyyə daşıyır, bir çox beynəlxalq konfrans və simpoziumlarda alimlərin müzakirə mövzusuna çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya çıxışına yol açıb. Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyi mühüm məqamlardan biridir.

Onun ötən əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinə qarşı apardığı effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Xüsusilə, uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Sonradan bu uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın mövzu predmetinə çevrildi.

Alim öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edib. Həm də ona görə ki, bu sahəyə dair ciddi araşdırma meydanda yox idi, bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirin demək olar ki, elmi şəkildə tədqiqata cəlb olunmamışdır. Bu, elə Zərifə xanımın doktorluq dissertasiyana gedən yolun əsasına çevrildi. “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini Zərifə Əliyeva dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə isə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Zərifə Əliyeva üçün həkimlik – böyük bir missiya sayılırdı. Yunan filosofu Platonun ilə eyni nöqtədə dayanırdı bu məsələdə: “Həkimlərin buraxdığı ən böyük səhv ondadır ki, onlar qəlb haqqında düşünməyərək, birinci növbədə bədəni müalicə edirlər”.

Ona görə həkim yalnız cismin deyil, həm də ruhun və qəlbin xilaskarı olmalı idi. Zərifə xanımın bir nəcib insan və həkim kimi daim tibbi praktikada əxlaqi meyarlara böyük üstünlük verməsi, ilk növbədə, onun yüksək intellektual mövqeyindən irəli gələn ən mühüm amillərdən biri idi. Amma həkimlik peşəsinə münasibətdə göstərdiyi peşəkarlıqla da o, eyni maarifçi dalğanın içində görünür. Nur paylamaq, bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmək, zülmət və qaranlıqla mübarizə aparmaq! Maarifçilər düşüncədə inqilaba, şüur oyanıqlığına nail olmaq üçün bu yolu intixab etmişdilər. Zərifə xanım Əliyeva də işığını itirmiş gözlərin nurunu insanlara qaytarmaqla özündə ilahi, sakral bir oyanış, diriliş ruhu daşıyır. Eyni zamanda, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olaraq bu missiyanın öhdəsindən ləyaqətlə gələrək adını tarixin əbədiyyətinə yazdırmağı bacarmışdır.

Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə Əliyeva haqqında səsləndirdiyi simvolik bir fikir onun bütün tərəflərini və dəyərlərini yetərində uğurla işarələyir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib… Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Bir də Prezident İlham Əliyevin Zərifə xanım haqqında incə ruhlu düşüncələrini xatırlatmağa ehtiyac var: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.

Rus şairi Andrey Voznesenski hind xalqının böyük övladı İndira Qandinin özündən sonra nəsillərin dünyagörüşünə göstərdiyi təsiri bu sözlərlə xarakterizə edir: “Qandi tarixə qovuşdu”! Zərifə xanım Əliyeva da sağlığında gerçəkləşdirdiyi əməllərlə, nəcib dəyərlərilə, alimlik və insanlıq statusu ilə adını tarixin əbədiyyətinə yazdırmağı bacarıb və özündən sonra sevənlərinə, gələcək nəslə işıqlı bir xatirə miras qoyub.


Oxunub: 181
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Bu gün, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Bu gün, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Bu gün, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Bu gün, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Bu gün, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Bu gün, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    Dünən, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    Dünən, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    Dünən, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    Dünən, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    Dünən, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    24-10-2026, 19:06 | Bu şəxslər təyyarədən pulsuz istifadə edəcək
    24-10-2026, 19:03 | İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat
    24-10-2026, 18:59 | Kartdan-karta pul köçürənlərə vacib xəbər - Foto
    24-10-2026, 18:42 | Pezeşkian Moskvaya gedir: 27 oktyabrda nə baş verəcək?
    24-10-2026, 18:35 | Payızda bu qidaları süfrənizdən əskik etməyin
    24-10-2026, 18:32 | Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi -
    24-10-2026, 18:30 | “Barselona” “Real”la matça necə hazırlaşır?
    24-10-2026, 18:29 | Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia
    24-10-2026, 18:24 | Azərbaycana xarici investisiya qoyuluşu kəskin artıb
    24-10-2026, 18:06 | Rusiya-Ukrayna müharibəsində sülhdən sonra nə olacaq?
    24-10-2026, 18:04 | Sərhədimizdə qanunsuz ağac kəsən ermənilərə protokol yazıldı
    24-10-2026, 15:45 | Davada öldürülən Ceyhunun qızına bu gün elçi gələcəkmiş
    24-10-2026, 15:40 | Misli Premyer Liqası: “Şəfa” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u qəbul edir
    24-10-2026, 15:24 | Qəbələdə ağır qəzada xəsarət alanların son durumu - Video
    24-10-2026, 15:21 | Dilarə Əliyevaya vəzifə verildi
    24-10-2026, 15:17 | Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır - Təhsildə yeni təhlükə
    24-10-2026, 15:14 | Zığda yaşayış binasında yanğın söndürüldü
    24-10-2026, 14:10 | QIŞDA HANSI ƏRZAQLAR BAHALAŞACAQ? – Ərzaq qiymətləri ilə bağlı AÇIQLAMA
    24-10-2026, 14:07 | Avropadan Azərbaycana axın başladı - SƏBƏB BU İMİŞ…
    24-10-2026, 13:47 | RAYONLARA DÖVLƏT DOTASİYASI TAM KƏSİLDİ – Xərclər necə qarşılanacaq?
    24-10-2026, 13:42 | Salyan rəsmən XARABA GÜNƏ QALIB - Rüstəm Xəlilovun "SƏNƏT ƏSƏRİ"...
    24-10-2026, 13:35 | Sabah yağış yaşacaq, külək əsəcək - HAVA PROQNOZU
    24-10-2026, 13:30 | Bakıda tarixi futbol turniri: 1000-ə yaxın oyun keçiriləcək
    24-10-2026, 13:26 | Arzuxan Əlizadənin oğlu haqda açıqlama: “Əhməd elə oğlan deyil”
    24-10-2026, 13:22 | Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
    24-10-2026, 13:11 | BURA RƏHBƏR TƏYİN ETMƏK... NƏ ÇƏTİN MƏSƏLƏDİR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.