Bakıda AĞIR QƏZA – Bu dəfə də “Bolt” taksisi...
"Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər yüngül xəsarət alıb". Mediaxeberleri.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib. "Hadisə bu gün səhər saat 06:10-da baş verib. MAN markalı 99-XM-124 dövlət nömrə nişanlı yük avtomobili ilə JAC markalı 90-YD-571 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Hadisə nəticəsində taksidə olan xanım sərnişin yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə T. Nəsirli bildirib. Bakının əsas prospektində yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında H.Əliyev prospektində, metronun "Koroğlu" stansiyasının qarşısında baş verib. "MAN" markalı yük maşını BYD markalı minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində minik avtomobili aşıb.