KEÇMİŞ DEPUTATDAN AMEA PREZİDENTİNƏ SƏRT SÖZLƏR – “Tərbiyəm imkan vermir ki...”
Mediaxeberleri.Az xəbər verir ki, keçmiş millət vəkili Etibar Əliyev bununla bağlı sosial şəbəkə hesabında sərt tənqid paylaşıb. İsa Həbibbəyliyə xitab edən E. Əliyev bildirib: “Yoldaş Həbibbəyli! Təvazökarlıqdan uzaq, Azərbaycanda elmin populyarlaşdırılması ideyasının müəllifi mənəm. Bu istiqamətdə 500-dən çox məqalə və 200-ə yaxın kitabın təqdimatını aparmışam. Xüsusi kitabxana qurmuşam. Bu işə baş qoşmayın, sizlik deyil... Bu ideyanı da basdıracaqsınız. Nobel mükafatçıları tədqiqatlarımı da oğurlayıb tədbir keçirdiniz. Tərbiyəm imkan vermir ki, sizə ayıb olsun deyim! Bəlkə bilmirsən, UNEC-də ictimai əsaslarla yaradılmış "Elmin populyarlaşdırılması" Mərkəzinin direktoru kimdir? Elm və təhsil naziri E. Əmrullayev sizləri haqlı olaraq plagiatlıqda və ideya oğurluğunda qınayır”.“AzPolitika"AMEA-nın Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr edilmiş tədbiri keçirilib. Tədbir çərçivəsində, o cümlədən akademik İsa Həbibbəyli tərəfindən əldə etdikləri elmi nailiyyətlərə və elmin populyarlaşdırılmasına verdikləri töhfələrə görə bir sıra alim, mütəxəssis və jurnalistlərə AMEA-nın Fəxri Fərmanı, AMEA-nın Fəxri diplomu, “İlin gənc alimi” diplomu və təşəkkürnamələr təqdim edilib.