Azərbaycanda güclü yanğın nəticəsində bir ailənin 6 üzvü xəsarət alıb
Sabirabadda 3 otaqlı ev yanıb, 2 nəfər tüstüdən zəhərlənib. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib. Rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib. Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 248
Xəbəri paylaş
Paylaş: