Azərbaycanda ərzaq qiymətlərində BAHALAŞMA DAVAM EDƏCƏK? – İqtisadçı-ekspert ŞƏRH EDİR
Dünyanın əksər ölkələrində olduğu kimi, son illər Azərbaycanda da qiymət artımı müşahidə olunur. Ölkədə ərzaq və digər məhsullarının qiymətləri bahalaşmaqda davam edir. Bu artım özünü həm yerli istehsal, həm də idxal məhsullarında göstərir. Bəs bahalaşmanı yaradan fundamental səbəblər hansılardır? Qiymət artımı payız aylarında da davam edəcəkmi? Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ednews-a iqtisadçı-ekspert Günay Hüseynova bildirdi ki, dünyanın bir çox ölkələri var ki onlar sırf kənd təsərrüfatı məhsullarının istehsalında ixtisaslaşıblar və dünya bazarının böyük bir hissəsini həmin məhsullarla təmin edirlər: "Son vaxtlar dünyada gedən proseslər, müharibə, iqlim şəraiti və bu sahədə olan problemlər məhsul azlığına və buna bağlı olaraq da qiymət artımına səbəb olmaqdadır. Digər tərəfdən inkişaf etməkdə olan ölkələr də dünyanın İnkişaf Etmiş Ölkələri kimi xidmət sahəsinə, hansısa texniki sahənin inkişafına yönəlir, nəinki min bir əziyyət çəkib məhsul yetişdirməyi. Bu o demək deyil ki k/t ancaq kasıb ölkələrin məşğuliyyət sahəsidir. Sadəcə bizim kimi ölkələrlə müqayisə etsək onlarda texnikanın innovasiyaların inkişafına bağlı olaraq əziyyəti az olur, hər məhsul başına düşən maya dəyəri aşağı olur, işçi qüvvəsi az tələb olunur. Yuxarda qeyd etdiyim kimi həm baş verən müharibələr həm də kənd təsərrüfatı sahəsindəki bu və ya digər problemlər qiymət artımına səbəb olmaqdadır”. Ekspert qeyd etdi ki, ölkəmiz üçün isə bu mövzunu dəyərləndirdkdə deyə bilərəmki biz əksər məhsulların idxalçısıyıq: “Qiymət artımının bir çox səbəbi var, istehsal məhsullarının müəyyən hissəsində xaricdən asılılıq, rəqabətə davamsızliq və digər faktorlar. Çıxış yolu odur ki, idxala müəyyən sanksiyalar, kvotalar tətbiq etməklə yerli sahibkarı qorumaq, yeni istehsal müəssisələrinin yaradılmasında gənc sahibkarların stimullaşdırılması (gəlir vergisində güzəştlər, dəstək paketləri). Qiymət artımına gəldikdə biz bunu konkret olaraq deyə bilmərik, əlbəttə mövsümə və məhsuldarlığa görə qiymətlər artır, ən əsas faktor isə təbii ki, dünyada gedən proseslərə, iqlim şəraitinə bağlıdır”.