Ağstafada güclü yanğın
Ağstafa rayonunda (rayon mərkəzindən 24 km aralı) meşə ərazisində 18 ha sahədə meşə zolağı yanıb. Mediaxeberleri.Az xəbər verir ki, yanğın axşam saatlarında Ağstafa rayonu Qıraq Kəsəmən kənd ərazisindən keçən Kür çayı sahilində meşə zolaqlarında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Ağstafa rayonunda (rayon mərkəzindən 24 km aralı) Qıraq Kəsəmən kənd ərazisindən keçən Kür çayının kənarında 18 ha sahədə quru ot və kol-kos yanıb. Digər sahələr yanğından mühafizə olunub, yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 726
Xəbəri paylaş
Paylaş: