Azərbaycanda dəhşətli qəza: Çox sayda HƏLAK OLAN VAR - ADLAR + Hadisə yerindən GÖRÜNTÜLƏR
Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub. Mediaxeberleri.Az-ın məlumatına görə, qəza nəticəsində ölənlər 1990-cı il təvəlldlü Vüsal Məmməd oğlu Hüsiyev, 1991-ci il təvəllüdlü Sənan Aqil oğlu Əmrahov, 1992-ci il təvəllüdlü Azər Fəyyaz oğlu Aslanov, 2007-ci il təvəllüdlü Asiman Yaşar oğlu Ələsgərov və Elbəy Mövsüm oğlu Aslanovdur. Ağcabədidə dəhşətli qəzanın detalları məlum olub. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hadisə magistral yolda qeydə alınıb. Belə ki, VAZ, "Hyundai" və "Mercedes" markalı avtomobillərin iştirakı ilə baş vermiş qəzada 5 nəfər həlak olub. Hadisə yerindən görüntüləri təqdim edirik: Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həyatın itirib. Qeyd olunur ki, avtomobildə olan dörd sərnişin hadisə yerində həlak olub. Sürücü xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.