Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar daha əvvəl Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaların müddətini bir il uzadıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir. Söhbət Vaşinqtonun 2022, 2018 və 2014-cü illərdə Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərdən gedir. D.Trampın sözlərinə görə, belə bir nəticəyə gəlib ki, bütün bu məhdudlaşdırıcı tədbirlər 6 mart 2025-ci il tarixindən sonra da qüvvədə qalmalıdır.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: