Oğuzda it kişiyə hücum edib, burnu amputasiya olunub
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Calud kəndində baş verib. Kənd sakini 1980-cı il təvəllüdlü Xamdıyev Bayramalı Mansuroviçə qonşusunun iti hücum edərək ona ağır xəsarətlər yetirib. B. Xamdıyev Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb. Şəki RMX-da B. Xamdıyevin üzərində cərrahiyyə əməliyyatı aparılaraq burunun yumşaq toxumaları tam amputasiya olunub. İt hücum edən zaman B. Xamdiyev sol əlin baş barmağından yerdəyişən sınıq xəsarətləri də alıb. O lazımi tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Oğuzda 45 yaşlı kişiyə qonşusunun iti ağır xəsarət yetirib, burnu amputasiya olunub.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: