Bakıda mal əti adı ilə camış və at əti satılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən fiziki şəxs Vüqar Vəliqulu oğlu Bayramova və Ə.Əhmədov küçəsində fəaliyyət göstərən fiziki şəxs Elnur Misir oğlu Əliyevə məxsus məntəqələrdə mal əti adı altında satışa çıxarılan ətdə laborator müayinəsi nəticəsində camış və at DNT-ləri aşkarlanıb. Bu barədə AQTA məlumat yayıb. Faktla bağlı qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, bu məntəqələrin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir.
Oxunub: 220
Xəbəri paylaş
Paylaş: