Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ölkə başçısı sıxışdırılan olimpiya medalçılarına arxa durdu! Azərbaycan idmanını nə gözləyir?

  • Tarix: 27-02-2025, 15:36

 

Fevralın 18-də Milli olimpiya komitəsinin baş məclisində seçkilər keçirilib. MOK-un yeni icraiyyə komitəsinin ilk toplantısında Azər Əliyevə baş katib, Çingiz Hüseynzadəyə vitse-prezident və icra aparatının rəhbəri, Zemfira Meftəhəddinovaya ilə Fərid Mansurova vitse-prezident vəzifələri etimad göstərilib. Faiq Qarayev, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli (yeni üzv) və Alla Həsənova (yeni üzv) da MOK-un icraiyyə komitəsinə seçiliblər. Bununla da ölkə idmanı həlledici mərhələyə qədəm qoyub. Əslində, hər şey ötən ilin sonunda, Beynəlxalq gimnastika federasiyasının Azərbaycanı sərt cəzalandırmasından sonra başlayıb. Paris-2024 olimpiadasından sonra öz istəyi ilə istirahətə yollanmağa hazırlaşan Çingiz Hüseynzadəyə təzədən ehtiyac duyulub.

Çünki indiki dönəmdə idmanda ağsaqqala – sözünü deyə biləcək, çətinliyi yoluna qoyacaq, nöqsanı aradan qaldıracaq insan(lar)a ciddi ehtiyac var. MOK-un keçmiş baş katibi Ağacan Abiyevin və komitənin əski üzvü Cavanşir Qurbanovun səhhətləri ilə əlaqədar kənara çəkiliblər. Nüfuzu və elmi ilə tanınan, fiziki cəhətdən həmişə fərqlənən gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılov nədənsə yenə yaxına buraxılmaib. Çingiz Hüseynzadədən savayı, hazırda idmanda sayılıb-seçilən, təsir gücü olan şəxs Faiq Qarayevdir. Böyük olmayan yerdə həmişə dərəbəylik olur. İndiki qeyri-sabit dövrdə 73 yaşlı alimə böyük ehtiyac vardı.

İdman hünər meydanıdır, cəsarətliləri sevər. Təəssüf ki, cəmiyyət olimpiya çempionlarından bunu görmür. Belədə, güc ağsaqqalın üzərinə düşür. Çingiz Hüseynzadə uzun müddətdir bu vəzifəni yerinə yetirir. Halbuki bir titullu idmançının, tanınmış yazarın və ya məmurun haqqı tapdananda, idmanda hörmətli şəxslər önə keçməlidirlər. Olimpiya finalçısı, 5-qat dünya və 11-qat Avropa çempionu Rafael Ağayevin başına gələnləri kimsə arzulamaz. Axırda doğma idman növündə ona sahib çıxan tapımadı. Onda məşhur karateçiyə həmkarlarından yalnız Hacı Əliyev dəstək çıxdı. Unutmayaq ki, “dünya karatesinin almazı” həm də idmanımızın rəmzlərindəndir.

Bu seçkidə çox məqam diqqəti çəkib. Azərbaycan idman akademiyasında prorektorluqdan uzaqlaşdırılan Fərid Mansurov nazir Fərid Qayıbovun yerinə vitse-prezident seçilib. İlk dəfə idmanda rəsmi ən yüksək vəzifə tutan şəxs MOK-un yuxarı təbəqəsində yer almayıb. İşsiz olan Rafael Ağayev və Hacı Əliyev komitənin üzvü seçildilər. İslam həmrəyliyi idman assosiasiyasının (İHİA) icraiyyə komitəsinin üzvü, 2018-ci ildə bu beynəlxalq qurumun nəznində əsası qoyulan “Qadın və idmanda gender bərabərliyi” komitəsinin rəhbəri, Ər-Riyad-2025 İslam oyunlarının əlaqələndirmə komissiyasının sədri Könül Nurullayeva bu dəfə nədənsə MOK-da yer almayıb. Halbuki idmanda onun kimi öncül, sözünü deyən və bacarıqlı xanımlara çox ehtiyac var.

Yeri gəlmişkən, ilin ilk günlərində Çingiz Hüseynzadənin bostanına daş atan, onun erasının sona çatdığını qeyd edən, 73 yaşlı filoloqun komitədə sağ əli Həsənağa Rzayevi (idman şöbəsinin müdiri) vəzifəsindən “göndərən”, yanvarın 7-də MOK-da hesabat-seçki baş məclisi “təyin edən”, sonra yalan yazdığından dolayı canına vəsvəsə düşərək məqaləsində düzəlişlər edən, sonda yazdığının əksi baş verdikdə Çingiz Hüseynzadəni 1-ci vitse-prezidentliyə “yüksəldən” (sabiq gənclər, idman və turizm naziri Əbülfəs Qarayevdən sonra bu post ləğv olunub), Rafael Ağayevlə Hacı Əliyevə MOK-da “vəzifə verən”, ümumiyyətlə nə yazdığını heç özü də bilməyən, şəxsi hesabında böhtan və təhqirlər yazıb sonra silən, yazdığına vaxtaşırı düzəliş edən AİJA-nın üzvü Səbuhi Musa bu dəfə prosport.az-da hörmətli millət vəkilini haqsız günahlandırıb.

Özünün nəql etdiyi kimi, İHİA növbəti İslamiadanın dəqiq tarixini açıqlayıb və bu barədə 3 post paylaşıb: futbol, karate və ağırlıqqaldırma. Adı son çəkilən idman növündə Bakı-2017-də 69 kq-da qalib olan hicablı legionçumuz Anastasiya İbrahimlinin şəklini yerləşdiriblər. O, sonradan dopinqdə ilişib, az sonra idmanı buraxıb. “Şəki” basketbol klubunun mətbuat katibi deyib ki, dopinqə düşmüş və idmanı atmış şəxsin rəsmi posterə vurula bilməz və bunda Könül Nurullayevanı ittiham edib. Hər zaman aləmi qatan, olanları doğru dürüst təqdim edə bilməyən Səbuhi Musa bu dəfə Milli Məclisi və Azərbaycan atletika federasiyasını da məsələyə qoşub.

Allsport.az durumu zərgər dəqiqliyi ilə yozub: Birincisi, tutaq ki qaydaya zidd olaraq səhvən İHİA-nın sosial şəbəkə hesablarında qalib olmuş idmançımızın şəkli yerləşdirilib. Bunun nəyi pisdir? O zaman bu söz-söhbət yaradardı ki, məsələ daxildə olsun. Açıq görünür, üzərində “Azərbaycan” sözü yazılan, bu məmləkətlə bağlı hər bir şeyə “Misli”nin tərəfdaşının düşmənçilyi yaranıb. Bunu hələ “COP-29 ərəfəsində əks-azərbaycançılara AİJA-nın üzvü də qoşuldu” sərlövhəli yazıda (18.09.2024) göstərmişdik. Ola bilsin, “əxilər”ə qoşulandan sonra, öz dövlətini, milli kimliyini yox, vahid ümmət (Xilafət) barədə düşünür. Artıq beynəlxalq təşkilatın səhifəsində önündə “Azərbaycan” sözü yazılan idmançımızın şərəf lövhəsi götürülüb. Səbuhi Musa, arzun(uz)a çatdın(ız)mı?

İkincisi, Könül Nurullayeva bir xanımdır. Türkçülükdə, milli dəyərlərimizdə qadına həmişə dəyər verilib, onun namusu qorunub. O, idman sahəsində, özəlliklə beynəlxalq müstəvidə, azsaylı öncül xanımlarımızdandır. Dostluğa sədaqətli, cəmiyyətə faydalıdır. Belə olmasaydı, mərhum nazir Azad Rəhimov onun “Buta”da təmtəraqlı keçmiş toyunda bir qeyrətli Azərbaycan kişisi kimi önündə şəstlə oynamazdı.

Üçüncüsü, hörmətli millət vəkilimiz bu yaxınlarda anasını (şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru Sevər Cabbarlı) itirib. Qədim olimpiya oyunları zamanı savaşlar dayanar, xalqlar dəstə-dəstə hünərini meydanda göstərməyə tələsərdilər. Amansız Troya müharibəsində yeyinayaq Axil parlaqsərpuş Hektoru öldürdükdən sonra tərəflər arasında matəm olmuşdu, hərb dayanmışdı. Hüzürdən çıxan insanı ona aidiyyatı olmayan məsələdə günahlandırmaq ya şəxsi qərəzlikdir, ya da sifarişi yerinə yetirmək. Üstəlik, bəlli olur ki, Azərbaycan idman jurnalistləri assosiasiyası (üzvlərin böyük əksəriyyəti idman jurnalisti deyil) adlı qurum belə işlərdən uzaqdır. Hicran Şərifovun rəhmətə getmiş qardaşı hacı Eldarın SOCAR mərasim evində ötən ay keçirilmiş 3-7 mərasimində “Fatihə” oxunan zaman 77 yaşlı AİJA prezidentinin öz bacanağının yanında 25 ilin idman jurnalistinin üzünə nalayiq sözlər deməsini eşitdikdə, hədə-qorxu gəlməsini gördükdə, buna da təəccüb etməməliyik.

Fikrimcə, belə davam etsə, prosport.az-ın özünün erasının sonu çatdacaq və o gün çox da uzaqda deyil. Ailəli olmasına rəğmən özünü subay kimi aparan, sosial hesabında öz məmləkənin, yaşayıb havasını udduğu, çörək yediyi şəhərin adını yazmağı özünə sıxışdırmayan (yuxarıda qeyd olunan əks-Azərbaycançılıq bir da isbat olunur), qaldığı məkanı “Minsk” (səhifəsi saxta deyil, yaxınlıq etdiyi belaruslu qadınlar görünməsin deyə “dostluq” bölməsini kənar şəxslərə kilidləyib) qeyd edən, özünə “Qar adamı” təxəllüsü götürən Səbuhi Musa ona doğma Mingəçevirin “Ağsaray” mehmanxanasının restoranında şabranlı “rumka dostu” ilə birləşib Media reyestrində qeydiyyatdan keçmiş rəsmi bir portalın təsisçisini təhqir etmələrindən kifayətlənməyərək, bunu hələ cəmiyyət arasında edəcəkləri ilə hədələmələrinin (şərəf və ləyaqəti alçaltma) məhkəmə və digər hüquqi yollarla nizama salınmayacağını düşünənlər yanılırlar.

Yazının sonunu Paris-2024-ün qəhrəmanı – gənc triumvir Fərid Qayıbovla bitirmək istəyirəm. Hazırda idmanda çox gərgin dövrdür. Belə vəziyyət heç vaxt olmamışdı. Rəhmətlik Azad Rəhimovun dönəmində yaranan və sonra daha kəskin şəkildə davam edən gənclər idman nazirliyi ilə milli olimpiya komitəsi arasında soyuqluq zirvə həddindədir. Bu, idmana, idmançılara öz mənfi təsirini göstərir, tez-tez mövqe dəyişikliyinə səbəb olur. Ümumiyyətlə, hansısa katibəyə və ya mühasibə “Tərəqqi” medalı verilməməli, KİV-in yerinə olimpiya oyunlarına ayrı sahənin adamları getməməli, dövlətdə 1,5 il çalışana mənzil düşməməli, idmanda “i”ni belə bilməyən işə götürülməməli, “Ədalətli oyun” mükafatı ədalətlə bölünməlidir. Sabah Fərid Qayıbov deyil, bir başqası nazir olsun, amma idmanda bu iç savaş bitməzsə, dəyişikliyin nə əhəmiyyəti olacaq? Onsuz da indi gələn gedənə rəhmət oxutdurur.

Əməkdar məşqçi olan sinif yoldaşı söyləyir ki, Fərid Qayıbov çox sakit təbiətli olub. Məktəbdə heç kəsi incitməyib. Çiyninə qonduğu həşəratı belə qovmayıb. Dərslərini yaxşı oxuyub, bədən tərbiyəsinə hər zaman həvəsi olub. Öz zəhməti ilə addım-addım yüksəlib. Eləcə də idmanda. Bu sahəni yüksəltmək, çatışmamazlıqları aradan qaldırmaq üçün çox iş görüb və buna cəhd edir. Qəbuluna düşməkdə heç bir çətinlik yoxdur. Hər kəsi dinləyir, kömək etməyə çalışır. Amma o sanki təkdir. İndiysə meydan siyasətdədir. Çıxış yolu? Var! Rəhmətlik Azad Rəhimovun kadrlarına güvənərək, onların ən bacarıqlılarını geri qaytararaq durumdan çıxmaq olar. Belədə, arxada bir “ordu” yaranıb dayanar. Axı, id­man həm də sülh el­çi­si­dir!

45 yaşlı nazir Paris-2024-də öz sözünü dedi. Bəs Los-Anceles-2028-də? İmkan olacaqmı? Yaxın keçmiş Fərid Qayıbovla bu yola girmək istəyir. Təki umu-küsü aradan qaldırılsın. İdman sərtliyi sevmir, çünki kövrəkdir – tez zədələnib sıradan çıxır. AFFA-nın 70-səhifəlik “inkişaf strategiyası”ndan fərqli (onu da belçikalılar yazıb), yazdığı 1-səhifəlik layihə möçüzə yaradıb. Demək, bunu da etməyə qadirdir. Təbii ki, sülhü arzulamayan qüvvə(lər) var: daim dövlətçiliyin – nazirliyin mənafeyini açıq müdafiə edən Kamran Hacının (2004-2014-ci illərdə “İdman” qəzetinin əməkdaşı) ötən ilin Novruzunda təzə rəhbərliklə əl sıxması (fikir ayrılığı genişmiqyaslı kadr islahatından sonra başlamışdı və bu “ailə daxili” məsələ idi) AİJA-nı və onların çevrəsində (nazirlikdən şikayət edənlər) olanları narahat etməyə başlayıb. Bu, aşağıdan yuxarı şaxələnir. Davam üçün düzgün qərarla qaçılmazdır. Vəziyyətlə də barışmaq lazımdır, necə ki zamanında biz barışdıq…




Oxunub: 580
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Bu gün, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Bu gün, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Bu gün, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Bu gün, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Bu gün, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Bu gün, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Bu gün, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Bu gün, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Bu gün, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Bu gün, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Bu gün, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Bu gün, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Bu gün, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Bu gün, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Bu gün, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.