Havalar bu tarixdən isinəcək
Saat 13:25-ə olan məlumata əsasən, hazırda paytaxt Bakının bəzi yerlərində buludlu hava şəraiti müşahidə olunur. Mediaxeberleri.Az “Meteo.az”a istinadən xəbər verir ki, bu gün havanın temperaturu gecə -3°, gündüz isə -1°-dək şaxta olacaq, mülayim külək əsəcək. Sabah gecə -2°, gündüz 0°, martın 1-i gecə -3°, gündüz 0°, martın 2-si gecə -3°, gündüz -1°-dək şaxta olacaq. Martın 3-dən etibarən hava temperaturunun istiləşəcəyi proqnozlaşdırılır. Belə ki, 3 martda gecə -2°, gündüz +4°, martın 4-də gecə +1°, gündüz +6°, martın 5-də isə gecə +2°, gündüz +7°-dək isti olacaq.
Oxunub: 259
Xəbəri paylaş
Paylaş: