Şirkətin pulunu mənimsəyən mexanikə elektron qolbaq taxıldı
Babək Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Samiq Əmirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Günay İsmayılın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, Samiq Əmirov 2019-dən Naxçıvan MR-in Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən “Alov Servis” MMC-in təkər sexində mexanik vəzifəsində işləyir. O, çalışdığı müddətdə şirkətin rəhbəri Əkbər Quliyev (soyadı şərti) və onun şəriki Nəsimi Səfərlinin (soyadı şərti) ümumi dəyəri 9585 manat təşkil edən 23 ədəd təzə təkər şinlərini sataraq pulunu mənimsəyib.
Samiq Əmirovun barəsində Cinayət Məcəlləsinin 179.2.4-cü (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.