AAAF parkın girişində Ulu öndərin guşəsinə hörmətsizlik edən şəxs məlum oldu... - FOTO+VİDEO
Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin girişində Ulu öndərin guşəsinə hörmətsizlik edərək rüşvət qarşılığında qanunsuz tikinti buraxan şəxs də Ramin Abdullayevin qara kassası Fərid Hüseynov olub. Ətraflı videoda: “AAAF Park” Yaşayış Kompleksinin girişindəki Ümummilli Lider Heydər Əliyevin posterinin və dövlət atributları olan guşənin sökülərək yerində inşa edilən obyektlə bağlı məlumat vermişdik.
Mediaxeberleri.Az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan tikilən obyektin ümumi sahəsi 700 m(2)-dir.
Mövzu ilə bağlı Mediaxeberleri.Az olaraq bildirək ki, “AAAF Park” Yaşayış Kompleksinin girişində inşa edilən bu obyekt Şəhərsalma və Tikinti Məcəlləsinin məskunlaşma sistemi, zonalaşdırma və ərazi zonaları barədə olan müddəalarını kobud surətdə pozur.
Eyni zamanda Məcəllənin konkret olaraq 4.1-ci maddəsi – ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi də burada tapdanıb.