"Zirə” "Kəpəz"ə qalib gəlib 2-ci pilləyə yüksəldi
Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, 4-cü oyun günündə ötən gün qarlı hava şəraiti səbəbindən təxirə salınan "Zirə" - "Kəpəz" matçı keçirilib. Əvvəlcə oyunun saat 16:00-da başlaması nəzərdə tutulsa da, Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb. Amma hazırlıq prosesi tam yekunlaşmadığına görə matçın start fiti saat 19:00-da verilib. Görüş "Zirə"nin qələbəsi ilə başa çatıb - 2:0. Rəşad Sadıqovun komandası bu qələbə ilə xallarını 45-ə çatdırıb və 2-ci pilləyə yüksəlib. "Araz-Naxçıvan" eyni xalla 3-cüdür. 24 fevral (bazar ertəsi) 18:00. “Zirə”– “Kəpəz” - 2:0 Qol: Rafael Utziq, 62, Rüstəm Əhmədzadə, 90+3 Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev VAR: Cavid Cəlilov AVAR: Kamran Bayramov Zirə İdman Kompleksinin stadionu 21 fevral (cümə) 19:00. “Neftçi” - “Sumqayıt” - 1:0 22 fevral (şənbə) “Araz-Naxçıvan” - “Səbail” - 0:0 “Qarabağ” - “Sabah” - 1:1 23 fevral (bazar) “Şamaxı” – “Turan Tovuz” - 0:1 Bombardirlər: Leandro Anderade ("Qarabağ") - 9 qol Cesse Sekidika ("Sabah") - 9 qol Coy-Lens Mikels ("Sabah") - 8 qol Felipe Santos ("Araz Naxçıvan") - 8 qol Davit Volkov ("Zirə") - 8 qol Salifu Suma ("Zirə") - 8 qol Pavol Şafranko ("Sabah") - 7 qol