Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • 2-ci liqada 4-cü tura yekun vuruldu
  • Sevinc Orucova kimə və nəyə belə arxayındır ki... - HƏQİQƏTƏN DƏ...
  • Sızanaqlara qarşı istifadə edilən beş riskli üsul - Dərinizə zərər verə bilər
  • Populyar ədviyyatın yaddaşı qorumaq üçün faydalı olduğu müəyyən edilib
  • Bu ailələr üçün həsrət bitdi: İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salındı - Video
  • Azərbaycanda bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilərlər - Qanun nə deyir? - Video
  • Bakının bu ərazisində 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
  • Bal orqanizmə necə zərərli ola bilər?
  • Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib
  • Qazaxda icra başçısı bu gün qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
  • Qaziyə əlillik təyin edilməyib? - Rəsmi açıqlama
  • Şəhid Samir Sadıqovun şəhidliyinin 3-cü ildönümü qeyd olunub
  • Azərbaycanda bu institut ləğv edilir
  • Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
  • Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək
  • Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu
  • Özbəkistan hərbçiləri Azərbaycana gəlib - VİDEO
  • Ev şəraitində hazırlanan qida məshullarının satışının tənzimlənməsi ilə bağlı proqram müzakirələrə səbəb oldu - AÇIQLAMA
  • Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTO
  • Tacir Şahmalıoğlu əməliyyat olundu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib

  • Tarix: 24-02-2025, 21:59

Fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.

Mediaxeberleri.Az  AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif biznes forumda çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti çıxış edib.

- Hörmətli cənab Baş nazir, əziz qardaşım.

Xanımlar və cənablar.

Əziz qardaşım, Sizi Azərbaycanda bir daha salamlayıram. Şadam ki, Sizin dövlət səfəriniz çərçivəsində böyük şirkət nümayəndələrinin iştirakı ilə Bakı şəhərində biznes forum təşkil edilib. Forum bizim ikitərəfli gündəliyimizi əks etdirir və bu gün cənab Baş nazirlə müzakirə etdiklərimizin nümunəsidir. Biz çox məmnunuq ki, siyasi sahədə ikitərəfli münasibətlərimiz müstəsna səviyyədədir. Eyni zamanda, biz təəssüfləndik ki, ikitərəfli ticarətimiz siyasi səviyyədəki əməkdaşlığımıza uyğun gəlmir. Bu gün artıq verilən mesajlar, bizim müzakirələrimiz daha geniş çərçivə yaradacaq ki, şirkətlər arasında fəal əməkdaşlıq olsun və ticarətimiz artsın. Bizim bunda marağımız var və biz hesab edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı bir platforma olmalıdır. Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxili olsunlar. Əminəm ki, Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib. Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır.

Ötən ilin yayında mənim Pakistana səfərim zamanı biz bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Bizim heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Ümid edirəm ki, Novruz bayramından sonra, - o, mart ayının sonuna təsadüf edir, - biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik.

Biz enerji sahəsində də maraqlıyıq. Enerji ilə bağlı infrastruktur sahəsinə maraq göstəririk və yeri gəlmişkən, bu gün bizim enerji şirkətlərimiz bir sıra sənədlər imzalamışdır ki, bu da praktik əməkdaşlıq elementinə çeviriləcəkdir. Enerji sahəsində əməkdaşlıq,- bu gün bu sahəyə maye qaz daxildir,- əminəm ki, daha da genişlənəcək və növbəti sahələri əhatə edəcəkdir.

Eyni zamanda, biz nəqliyyat sektorunda da imkanları nəzərdən keçirdik. Azərbaycan öz ərazisində iki mühüm beynəlxalq dəhlizi təşviq edir - Şərq-Qərb və Şimal-Cənub. Azərbaycan hər iki dəhlizin marşrutu üzərində yerləşir, fəal üzvdür və bağlantı nöqtələrini yaratmaqla biz daha geniş imkanlar təqdim edə biləcəyik. Bununla bağlı nəqliyyat sahəsinə məsul olan şəxslərə müvafiq təlimatlar verilib ki, regional əməkdaşlığa daha geniş yanaşaq, limanlarımız, dəmir yolu qurumları arasında təmaslarımız yaransın və daha geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq təmin edilsin.

Eyni zamanda, biz bu gün müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır.

Biz digər sahələrdə də çox böyük potensial görürük. Bunun üçün çox böyük əsas var. O da bizim iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir. Bunun nəticəsində biz işgüzar əlaqələrimizi də siyasi səviyyəyə bərabər inkişaf etdirə bilərik.

Bir daha, əziz qardaşım, Azərbaycana səfər etdiyinizə görə Sizə təşəkkür edirəm. Təşəkkür edirəm ki, Sizi biznesmenlərdən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Siz vətəninizə gəlmisiniz. Biz də, eyni zamanda, Sizin gözəl ölkənizdə olarkən özümüzü evimizdəki kimi hiss edirik. Biz əziz qardaşımla verdiyimiz bütün təlimatların tam icra olunacağına əminik. Aprel ayında sənədlərin hazır olmasını gözləyirik.

Sonra Pakistanın Baş naziri çıxış edib.

-Təşəkkür edirəm, əziz qardaşım, Zati-aliləri İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.

Hörmətli nazirlər, Azərbaycanı və Pakistanı təmsil edən dövlət rəsmiləri, əlbəttə ki, olduqca məşhur şirkətləri təmsil edən iş adamları.

Xanımlar və cənablar, hər vaxtınız xeyirli olsun.

Əziz qardaşım İlham Əliyevin çox gözəl ifadə etdiyi kimi, bizim iki qardaş ölkə arasında münasibətlərimiz çox əladır, mən hətta cənab Prezidentin bu barədə dediklərinə nəsə əlavə etməyə söz tapmıram. Ancaq onu deməliyəm ki, bu münasibətlər, səmimiyyət, məqsədyönlü şəkildə irəli aparılan, qarşılıqlı etimada əsaslanan bir münasibətdir. Bunun onilliklərlə tarixi var və əlbəttə ki, iki xalq arasında rəğbət və məhəbbətə əsaslanır. Əziz qardaşım Prezident İlham Əliyevin də Pakistan xalqına və Pakistan dövlətinə böyük rəğbəti var. Mən hər zaman çalışıram ki, onun bu məsələdə əzminə bərabər səylər göstərim. Ancaq cənab Prezident hər zaman məndən öndə gedir və onun səyləri nəticəsində bu gün bu cür gözəl münasibətlərimiz var.

Bu gün biz mühüm bir nailiyyət əldə etmişik. Çox gözəl və məhsuldar görüşümüz oldu. Nümayəndə heyətləri öz aralarında görüşdülər. Biz bütün məsələləri müzakirə etdik və qərara gəldik ki, çox aydın bir fəaliyyət planımız olsun. Çox şadam ki, avqust ayında həm Pakistandan, həm də Azərbaycandan nümayəndələrin iştirak etdiyi bir tədbir təşkil ediləcək. Təəssüf olsun ki, bu gün ticarətimiz 14 milyon dollara bərabərdir və bu, qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks etdirmir. Bu gün biz artıq bəyan edə bilərik ki, sərmayələri qısa bir zamanda 2 milyard dollar səviyyəsinə çatdıracağıq. Bu, sadəcə, bəyanat deyil. Məsələn, Pakistandan idxal olunan "Basmati" düyüsünə Azərbaycanda əziz qardaşımın tapşırığına əsasən, tətbiq edilən rüsum aradan qaldırılıbdır və əminəm ki, Azərbaycanda istehsal olunan müəyyən məhsullar var ki, biz də onların Pakistanda satışını təşviq edə bilərik. Biz tarifləri aşağı sala bilərik. Bizim kommersiya nazirimiz burada əyləşibdir.

Əlbəttə, maye qaz daha bir əmtəədir və bu məsələ də bizim ticarət gündəliyimizə daxil edilə bilər. Əlbəttə, JF17 hərbi qırıcı təyyarəmiz var və Azərbaycanla Pakistan həmin təyyarə ilə bağlı fəal işlər aparır. Xanımlar və cənablar, onu da bəyan edə bilərəm ki, biz gündəlik əsasda səylərimizi səfərbər etsək, 2 milyard dollar həcmində ticarət dövriyyəsinə nail ola bilərik.

Daha növbəti bir xəbər ondan ibarətdir ki, əziz qardaşım bunu qeyd etdi. Bu, 2 milyard dollar həcmində sərmayə bəyanatı cənab Prezidentin Pakistana sonuncu səfəri zamanı verilib və bu gün bildirdik ki, müvafiq heyətlər tərəfindən artıq bir çox gözəl işlər görülüb. Mən bu fəaliyyəti təqdir edirəm. Ancaq ortada müəyyən boşluqlar qalmaqdadır, ona görə biz son tarixi müəyyən etmişik ki, aprel ayında cənab Prezidenti İslamabadda salamlayacağıq və həmin 2 milyardla bağlı sazişlər imzalanacaq.

Onu da qeyd etməliyəm ki, əziz qardaşım, Sizə minnətdaram, bu, həqiqətən də qarşılıqlı faydalı işlər olacaqdır. Hər iki ölkə bundan fayda görəcəkdir. Ancaq biz bunu tərəfinizdən çox böyük bir jest kimi qəbul edirik və bunu heç vaxt unutmayacağıq. Eyni zamanda, mən Azərbaycan heyətinə təşəkkür etmək istəyirəm. Öz heyətimizə də təşəkkür etmək istəyirəm ki, artıq böyük işlər görülüb. Əminəm ki, Fars körfəzinin və Xəzər dənizinin suları birləşəcək. Bu, ölkələrimiz arasında mühüm bir sinerji və enerjidir. Həqiqətən də bu, bizim qardaşlıq münasibətlərimizi daha yüksək səviyyəyə, misilsiz səviyyəyə qaldıracaq.

Daha bir məsələni qeyd etmək istərdim. Zati-aliləri, Siz onu artıq qeyd etdiniz. Bu, məlumatın qıtlığıdır və ya məhdud məlumatın verilməsidir. Çünki burada işgüzar dairələr bildirməlidir ki, Azərbaycan Pakistana və Pakistan Azərbaycana nələri təqdim edə bilər, nə təklif edə bilər? Bir daha qeyd edim ki, burada tariflərlə, kənd təsərrüfatı, informasiya texnologiyaları ilə bağlı məlumat verilməlidir. Ona görə də bu gün bəyan etmək istərdim ki, biz Azərbaycanda daimi İnformasiya Məlumat Bürosu təsis edəcəyik. Bu, hər bir avadanlıqla tam təchiz edilən bir mərkəz olacaq. Burada süni intellekt vasitəsilə də Pakistan haqqında hər bir məlumat təqdim ediləcək. Əminəm ki, çox səmərəli bir layihə olacaq. Mənim həmkarlarım buradadır, məni eşidirlər. Eyni zamanda, cənab Prezident, Siz də məsul şəxslər müəyyən edəcəksiniz və bu, güclü bir mexanizm olacaq. Sadəcə, bu, bir nümunədir və bizim səylərimizə çox böyük töhfə verəcək.

Bundan əlavə, müdafiə sənayesi sahəsində əməkdaşlığa gəldikdə, bizim bu sahəmiz çox inkişaf edib. Biz uzun illərdir əməkdaşlıq edirik, ancaq zamanı yetişib ki, biz birgə istehsal müəssisələri yaradaq - Azərbaycan-Pakistan birgə müəssisələri yaradılsın. Nümayəndə heyəti tezliklə - aprel ayında Pakistana səfər edərkən bu, gündəliyimizdə duran başlıca məsələ olacaq. Əziz qardaşım, Siz Pakistana gələndə artıq biz məhz bu sahədə də müqaviləyə imzalarımızı ata biləcəyik. Şimal-Cənub dəhlizi məsələsinə gəldikdə, bizim burada səmərəli nəqliyyat sistemi olmasa, bu sahədə hədəflərimizə nail ola bilmərik. Bunun üçün isə bu gün səmərəli müzakirələrimiz olub. Bu məsələ geniş tərkibdə müzakirə edildi və biz Sizin baxışınızı tam dəstəkləyirik. Sizi əmin edirəm ki, Pakistanın Qvadar limanı bu işdə həlledici rol oynaya bilər, həm ixrac, həm də idxal baxımından. Ona görə də mən təklif edirəm ki, biz diqqətimizi bu məsələyə də yönəldək. Əziz qardaşım, Sizi əmin etmək istərdim ki, biz bu sahədə də Sizinlə çox sıx əməkdaşlıq edəcəyik.

Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis edilib və bu da imkan verəcək ki, bizim ikitərəfli ticarətimiz inkişaf etsin. Cənab Prezident, bu da Sizin baxışınıza uyğundur və biz də Pakistan Ticarət Palatasının nümayəndəliyini Bakıda təsis edəcəyik. Bu iki palata sıx əməkdaşlıq edərək bir-birini qarşılıqlı şəkildə məlumatlandıra və potensial sərmayəçilərə də əlavə informasiya verə bilər.

Əziz qardaşım, Sizin vaxtınızı çox almaq istəmirəm. Bir daha Sizə təşəkkür etmək istəyirəm. Bu sahədə əzminizə və bu məsələyə sadiqliyinizə görə, Sizi tam səmimiyyətlə əmin etmək istərdim, mən əlimdən gələni edəcəyəm ki, Sizin əzmkarlıq səviyyənizə çatım və bu əlaqələri gücləndirim. Vaxt gələcək ki, Azərbaycan, Türkiyə və Pakistan arasında səylər üçtərəfli şəkildə müzakirə ediləcək və burada çox böyük imkanlar var. Vacib məsələ iradədir, əzmkarlıqdır, o da bizdə var. Yaşasın Azərbaycan-Pakistan dostluğu!

Prezident İlham Əliyev: Əziz qardaşım, təşəkkür edirəm. Bizim qısa - təqribən 10 dəqiqəlik təqdimatımız var. Mən ötən ilin yayında qardaş ölkəyə səfər edərkən biz cənab Baş nazirlə müzakirə apardıq ki, Azərbaycan Pakistanın müasirləşdirilməsində və müəyyən tarixi abidələrin bərpasında hansı dərəcədə iştirak edə bilər. O vaxtdan bizim heyət orada idi və Pakistan tərəfi ilə razılaşdırılmış şəkildə fəaliyyət göstərirdi. Hesab edirəm ki, bu gün o təqdimatı görmək hər kəs üçün maraqlı ola bilər. Bu, bizim qardaşlıq münasibətlərimizə verə biləcəyimiz qısa, kiçik töhfədir.

Baş nazir Məhəmməd Şahbaz Şərif: Əziz qardaşım tərəfindən İslamabada göndərilmiş ekspertlər heyətini qeyd etməyə bilmərəm. Bildiyiniz kimi, İslamabad çox gözəl şəhərdir və dağ ətəyində yerləşir. Həmin ekspertlər orada gözəl işlər görürlər. Həm bizim şəhərimizi yaşıllaşdırırlar, həm də landşaftla bağlı müəyyən işlər görürlər. Hesab edirəm ki, bu, İslamabadı daha da gözəlləşdirəcək. Əlbəttə, o, gözəllik baxımından Bakının bərabəri ola bilməz, ancaq ən azı onunla rəqabətə girməyə başlayacaq. Bir daha dərindən təşəkkür edirəm.

Sonra "Bakı Abadlıq Xidməti" MMC-nin baş direktoru Bünyad Qasımov rəhbərlik etdiyi qurumun Pakistanın paytaxtında həyata keçirdiyi təmir-bərpa layihələri barədə məlumat verdi. Qeyd etdi ki, "Bakı Abadlıq Xidməti" tərəfindən İslamabadda icra olunan layihələrdən biri yekunlaşıb, üç layihə üzrə isə işlər davam edir.

17:57

Fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.

Mediaxeberleri.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif biznes-forumda çıxış ediblər.





İlham Əliyev


Oxunub: 494
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:29 | 2-ci liqada 4-cü tura yekun vuruldu
    Bu gün, 07:58 | Sevinc Orucova kimə və nəyə belə arxayındır ki... - HƏQİQƏTƏN DƏ...
    Bu gün, 07:53 | Sızanaqlara qarşı istifadə edilən beş riskli üsul - Dərinizə zərər verə bilər
    Bu gün, 07:51 | Populyar ədviyyatın yaddaşı qorumaq üçün faydalı olduğu müəyyən edilib
    Bu gün, 07:38 | Bu ailələr üçün həsrət bitdi: İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salındı - Video
    Bu gün, 07:36 | Azərbaycanda bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilərlər - Qanun nə deyir? - Video
    Bu gün, 07:34 | Bakının bu ərazisində 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
    Bu gün, 07:31 | Bal orqanizmə necə zərərli ola bilər?
    Dünən, 20:34 | Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib
    Dünən, 20:10 | Qazaxda icra başçısı bu gün qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
    Dünən, 17:53 | Qaziyə əlillik təyin edilməyib? - Rəsmi açıqlama
    Dünən, 16:50 | Şəhid Samir Sadıqovun şəhidliyinin 3-cü ildönümü qeyd olunub
    Dünən, 16:25 | Azərbaycanda bu institut ləğv edilir
    Dünən, 16:23 | Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
    Dünən, 14:28 | Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək
    Dünən, 14:27 | Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu
    Dünən, 13:52 | Özbəkistan hərbçiləri Azərbaycana gəlib - VİDEO
    Dünən, 13:46 | Ev şəraitində hazırlanan qida məshullarının satışının tənzimlənməsi ilə bağlı proqram müzakirələrə səbəb oldu - AÇIQLAMA
    Dünən, 13:38 | Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTO
    Dünən, 13:35 | Tacir Şahmalıoğlu əməliyyat olundu
    Dünən, 13:29 | Sabah hava necə oalcaq?
    Dünən, 13:27 | 2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı
    Dünən, 11:23 | Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı
    Dünən, 10:17 | Ramiz Mehdiyev bu gün hakim qarşısına çıxarılır - Video
    Dünən, 10:04 | Milli Məclisin komitə iclası keçirilir
    Dünən, 07:57 | “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib
    Dünən, 07:55 | Sumqayıtda dəhşət: Sürət qatarı 38 yaşlı kişini vurdu - Video
    20-09-2026, 21:24 | Ermənilər Kərkini boşaldacaq – Paşinyan qərar verdi
    20-09-2026, 21:19 | Marketlərdə AÇIQ MÖHTƏKİRLİK.... - Ekspert deyir ki...
    20-09-2026, 21:01 | Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
    20-09-2026, 20:55 | "Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
    20-09-2026, 20:30 | Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
    20-09-2026, 19:50 | İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ildönümlərində ailələrini ziyarət edib
    20-09-2026, 19:24 | Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir"
    20-09-2026, 19:05 | 2-ci liqa: “Ağstafa Gəncləri” “Marafon”a səfərdə məğlub oldu
    20-09-2026, 18:40 | Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib
    20-09-2026, 18:19 | Rusiya taktikasını dəyişib, Polşa müharibəyə hazırlaşır
    20-09-2026, 18:17 | Azərbaycan Pakistana başsağlığı verdi
    20-09-2026, 16:32 | Dövlətçilik tariximizin şanlı salnaməsi
    20-09-2026, 15:53 | Sabah leysan olacaq
    20-09-2026, 15:51 | Benzin satışına yeni limit tətbiq edildi - Moskvada
    20-09-2026, 15:50 | İcazə verildi: Smartfonlar peyklərə qoşulacaq
    20-09-2026, 13:17 | İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
    20-09-2026, 13:12 | İrəvanın puç olmuş "yeni müharibə" xülyası və Azərbaycanın yaratdığı alternativsiz nizam
    20-09-2026, 13:10 | Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK
    20-09-2026, 13:08 | NATO şərq cinahında müharibəyə hazırdır - Draqone
    20-09-2026, 13:05 | Ukrayna Moskvanı “Flaminqo” ilə vurdu - Zelenski
    20-09-2026, 13:03 | Moskvaya hücum: 400-dən çox reys təxirə salındı
    20-09-2026, 12:59 | Qarabağda 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edildi
    20-09-2026, 12:55 | Sabahın hava proqnozu açıqlandı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.